Sertifikasiya imtahanından 55 bal toplamış narazı müəllimin təhlili
Mən təhsilverənlərin sertifikasiya prosesinin müsabiqə mərhələsinin 24 iyun 2023-cü il tarixinin 10:00 seansında Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi iştirak edərək 55 bal toplamışam.
Sualların həddindən artıq asan olması, özümün həm ixtisas, həm də metodika üzrə təlimçi olmağım mənim bu balla razılaşmamağım üçün əsas səbəblərdəndir. Mənə görə, mənim faktiki balım ən azı 59 bal olmalıdır. Balımın aşağı olması mübahisəli suallardan istifadə olunması səbəbindədir ki, həmin suallar haqqında bu yazını hazırlayıb sizlərə təqdim etməyi özümə borc bildim.
1- ci mübahisəli sual: (Azərbaycan dili)
"Nə zaman bildirdin, bunlar sənin aləmində getdikcə böyüyür, şübhələrini artırır?" cümləsiylə bağlı uyğunsuzluğu göstərin:
1.Baş cümlə budaq cümlədən əvvəl işlənib və intonasiya vasitəsi ilə bağlanıb
2.Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır.
3.Zərfliklərdən biri sözlə, biri isə feili birləşməylə ifadə olunub.
4.Budaq cümlə baş cümləni zaman baxımından ifadə edir.
5.Baş cümlədə həmcins cümlə üzvləri işlənməyib.
Uyğunluq gözlənilməyən fikirlər:
Bu cümlə tamamlıq budaq cümləsi olduğundan Nə zaman sual əvəzliyi bağlayıcı söz deyil, Budaq cümlə baş cümləni zaman baxımdan ifadə etməyib və baş cümlədə olan zərflik nə zaman əvəzliyi ilə, budaq cümlədə olan zərflik isə getdikcə feili bağlaması ilə ifadə edildiyindən mürəkkəb zərfliyə rast gəlinmir
Uyğunluq gözlənilən fikirlər :
Baş cümlə budaq cümlədən əvvəl işlənib və intonasiya vasitəsi ilə bağlanıb fikri ilə Baş cümlədə həmcins cümlə üzvləri işlənməyib fikridir ki, mən də doğru fikir kimi bunları götürmüşəm.
Məndən fərqli olaraq səbirlə gözləyib suallara sonda baxan həmkarlarım bu sualın cavabının fərqli götürüldüyünü bildirirlər. Qeyd edirlər ki, "Baş cümlə budaq cümlədən əvvəl işlənib və intonasiya vasitəsi ilə bağlanıb" fikrini uyğunsuzluq kimi götürüblər.
Belə ki bu sualın şərtində uyğunsuzluğu göstərmək tələb edilsə də, doğru cavab kimi uyğunluğu götürüblər
Səhv yazdığım suallarla tanış olmaq hüquqmdan mərhum edildiyimdən bu sual mənim üçün qaranlıq qalmaqda davam edir.
2-ci mübahisəli sual: (Ədəbiyyat)
Venn diaqramında Keçəl Həmzə və Bolu bəyə aid uyğunsuzluğu müəyyən etməyimiz tələb edilirdi.
Keçəl Həmzəyə aid edilən fikirlər:
1. Verdiyi sözü tutur ( bu fikir hər iki obraza aid olduğundan ortaq xüsusiyyət kimi verilməli idi)
2. Hasan paşanın sözünə etibar etmir ( bu fikir də hər iki obraza aid olduğundan ortaq xüsusiyyət kimi verilməli idi)
Bolu bəyə aid edilən xüsusiyyətlər:
3. Hasan paşanın qarşısına şərt qoyur ( bu fikir də hər iki obraza aid olduğundan ortaq xüsusiyyət kimi verilməli idi)
4. Koroğlunu səhv aparsa bəylər içərsində nüfuzunu itirər bu ona ölümdən betər gəlir (Bu fikir yalnız Bolu bəyə aid olduğundan doğru yerdə qeyd edilib)
Hər iki obraza aid verilən fikirlər:
5. Hiyləgərlikləri ilə Koroğlunu çətin vəziyyətə sala bilirlər (hər iki obraza aid olduğunda doğru yerdə qeyd eilib)
6. Hasan paşanın qızı ilə evlənirlər (Yalnız Keçəl Həmzəyə aid olduğundan yanlış yerdə qeyd olunub)
Beləliklə, 1.2.3.6 - cı bəndlər uyğun olmayan yerlərdə verildiyindən, cavab variantlarında da hər birində 3 bənd göstərildiyi üçün bir neçə doğru cavab müəyyənləşdirmək mümkün idi ki, bu da sualın səhv tərtib olunmasının göstəricisidir.
3- cü nübahisəli sual: (Kurikulum)
Müəllim “Nurəddin” əsərini keçir,Nurəddin obrazi ilə özünun oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin və mənəvi xüsusiyyətlərinə,keyfiyyətlərinə görə kimin daha üstün olduguni arqumentlərlə əsaslandirin.
Bu situasiya B.Blum taksanomiyasinin hansi mərhələsinə uyğundur?
A)yaratmaq
B)təhlil etmək
C)dəyərləndirmək
D)tətbiq etmək
E)anlamaq
Bu sualda doğru cavab dəyərləndirmək olsa da, həmkarlarımın dediyinə görə doğru cavab təhlil etmə götürülüb ki, bu da yanlışdır.
İdrak taksonomiyasına görə hər bir növbəti mərhələ özündən əvvəlki mərhələnin davamı olmaqla onun nəticəsi kimi meydana çıxır. Tapşırıq ilkin baxışda təhlil etmə mərhələsi kimi görünsə də təhlil etmə dəyərləndirmənin səbəbidir. Təhlil etmə mərhələsində əsaslandırma faktlar əsasında meydana çıxsa da, dəyərləndirmə mərhələsində meyar əsasıdır,əsaslandırma meyara söykənir və qiymətləndirmə kimi başa düşülməklə tənqidi təfəkkür məhsuludur. Bu sualda əsas fakt müqayisə yox, öz münasibətini dəyər kimi qiymətləndirməkdir.
4-cü mübahisəli sual: (Kurikulum)
C.Cabbarlının yaradıcılığında cəmiyyətə qarşı çıxan qadın obrazlarını tətqiqat apararaq araşdırın.
Taksanomiya və biliyin növünü müəyyənləşdirin.
Bu sualın doğru cavabı təhlil etmə və konseptual bilik olduğu halda, doğru cavab kimi anlam və konseptual bilik götürülüb.
Anlama aşağı təfəkkür səviyyəsi olduğu halda verilmiş tapşırıq yuxarı təfəkkür səviyyəsinə uyğun tapşrıq modelinə daha uyğundur. Və faktdan daha çox meyar və standarlar əsasında fikir formalaşdırılır, yekun nəticə arqumentlər gətirilməklə qiymətləndirilir.
5- ci mübahisəli sual isə Azərbaycan dilindən İsmi xəbər işlənmiş cümlənin göstərilməsini istəyən tapşırıq idi ki, adı çəkilən sualda ismi xəbər işlənmiş iki doğru variant var idi. Bir variantı seçim imkanımız olduğu halda iki doğru variant qoymaqda sertifikasiya komissiyasının məqsədi görəsən nə idi.
İstifadə etdiyimiz sual və tapşırıqlar şəxsi səhfəyə yüklənmədiyindən suallar haqqında dəqiq bir söz demək olmur. Fikirlərimiz yalnız mühakimə xarakteri daşıyır ki, görünür Sertifikasiya komissiyasına da məhz elə bu lazımdır.
Bizim yalnız fikirlərimizi yazıb özümüzü sakitləşdirməkdən başqa əlacımız yoxdur.
Şahın qanun olduğu situasiyada tülkü tülkülüyünü sübut edənə qədər dartıb dərisini boğazından çıxardırlar..
Təhsil mütəxəssisi Elşən Şəmmədli