Nə üçün qapalı məkanlarda dibçək bitkiləri olmalıdır?
Qapalı məkanlarda dibçək bitkiləri çirkli havanı cəmi 8 saata təmizləyir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada 6,7 milyon insan havanın çirklənməsi səbəbindən vaxtından əvvəl ölür.
Bütün dünyada insanlar vaxtlarının təxminən, 90 faizini ofisdə, evdə və ya məktəbdə qapalı yerlərdə keçirdiklərinə görə, mütəxəssislər daxili havanın keyfiyyətini yaxşılaşdırmaq üçün yeni strategiyalar tövsiyə edirlər. Bununla bağlı müxtəlif araşdırmalar aparılıb.
Sözügedən araşdırma bitkilərin bütün dünyada binalarda tapılan ən böyük zəhərli birləşmə mənbələrindən biri olan neft buxarını təmizləyə biləcəyini göstərən ilk tədqiqatdır.
Ofislər tez-tez qapılar və ya lift şaftları ilə birbaşa dayanacaqlara bağlandığından, neftlə əlaqəli zərərli birləşmələrin iş və yaşayış sahələrinə sızmasının qarşısını almaq çətindir.
Tədqiqatlar göstərir ki, bir çox binalar yaxınlıqdakı yollardan və magistral yollardan çıxan zəhərli benzin tüstülərinə məruz qalır.
Avstraliyanın Sidney Texnologiya Universitetindən (UTS) tədqiqatın həmmüəllifi Freyzer Torpi verdiyi açıqlamada bildirib ki, bitkilərin neftlə əlaqəli birləşmələri çıxarmaq qabiliyyəti ilk dəfə sınaqdan keçirilib və nəticələr heyrətamizdir.
Alimlər neft buxarının az olduğu otaqlarda yerləşdirilən Ambius fitovall sisteminin qabiliyyətini sınaqdan keçirib və onu bitkisiz otaqlarda müşahidə olunan effektlə müqayisə ediblər.
Hər iki kamerada sızmaların olması istisna olunmasa da, tədqiqatçılar 8 saatlıq sınaq müddətində bitkilərin bütün uçucu üzvi birləşmələrin 40 faizindən çoxunu çıxardığına əmin olduqlarını bildiriblər.
Onların sözlərinə görə, alkanlar, benzol törəmələri və siklopentanlar kimi zərərli kimyəvi maddələrin demək olar ki, hamısı yox edilib.
Tədqiqatçılar deyirlər ki, Ambiusun yaşıl divarı cəmi 8 saat ərzində ətrafdakı havadan ən zəhərli birləşmələrin 97 faizini təmizləyə bilir.
Qeyd edək ki, qapalı havanın keyfiyyəti açıq havadan daha çox çirklənir, bu da zehni və fiziki sağlamlığa təsir göstərir.