Mərkəzlərdə müsahibə prosesi izlənilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi izlənilib.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov müsahibənin gedişini yaxından izləyib, müsahibə komissiyalarında yaradılan şəraitlə tanış olub, valideyn məmnunluğu və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlarla bağlı tövsiyyələrini veriblər.
Qeyd edək ki, paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 3 mərkəzdə 11 Müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir. Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.
Onu da qeyd edək ki, müsahibə üçün qeydiyyatın 31 may 2023-cü il saat 18:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələr 9 iyun 2023-ci il tarixinədək davam edəcək.


Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə yaradılan şəraitlə tanış olub - FOTOLAR

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Mövcud vəziyyətdə ən səmərəli həll yolu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ünsiyyət nədir

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı bütün suallara cavablar

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi