Bərdə Təhsil Sektorunda 150 min manat necə mənimsənilib?
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsi Bərdə Rayonu üzrə Təhsil Sektorunda külli miqdarda yeyintiyə görə daha bir açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, idarə tərəfindən rayonlar üzrə mərkəzləşdirilmiş mühasibatlıqlarda yoxlama həyata keçirilib:
“Yoxlama prosesi zamanı Bərdə rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlıqda əmək müqaviləsinə xitam verilmiş işçilərə son haqq-hesab dəfələrlə hesablanaraq dövlət büdcəsinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənildiyi müəyyən edilib.
“Məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Bərdə Rayon Prokurorluğuna göndərilib”.