AzTehsil.com


Xəbərlər / Ekspert
06 aprel 2023
859


Azərbaycandan Türkiyəyə tələbə axını AZALIR? - Zəlzələyə görə




Türkiyədə 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələnin xaricdən tələbə axınına mənfi təsir göstərəcəyi ehtimal olunur. Təhsil müzakirələrində bildirilir ki, Kahramanmaraş bölgəsində baş verən zəlzələ regionda da ciddi təşviş yaradıb və bu səbəbdən valideynlər övladlarını ali təhsil almaq üçün bu ölkəyə göndərməkdən çəkinirlər. 


Maraqlıdır, bu il zəlzələ səbəbindən Azərbaycandan Türkiyəyə tələbə qəbulu azalacaqmı? 


Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki,zəlzələnin təhsilə heç bir təsiri olmamalıdır. Deputat bununla bağlı Yaponiya təcrübəsini nümunə göstərib.



"Ən çox zəlzələ olan ölkələrdən biri Yaponiyadır. Bu məntiqlə yanaşsaq, Yaponiyaya nə tələbə, nə də turist gedər. Kimin hansı ölkəyə istəyi varsa, ora da gedəcək. Zəlzələ proqnozlaşdırılan təbiət hadisəsi deyil. Zəlzələ baş verən ərazidə 10 illərlə təbiət hadisəsi baş verməyə bilir. Ona görə də, mən belə təbliğatın aparılmasının əleyhinəyəm. Təhsil sahəsində hər şeyin öz qaydasına düşəcəyini düşünürəm. Digər yandan iqtisadiyyatda da hər şey normallaşacaq. Kimsə oturub, yeni bir təbii fəlakəti gözləməməlidir. Yaxşı olar ki, qanuni şəkildə həmin ali məktəblərin elan etdiyi tələbə qəbulunun tələblərinə uyğun oxumağa getsinlər. Eyni zamanda zəlzələdən sonra Türkiyədə bütün binaların monitorinqi aparılıb. Əslində, monitorinq təkcə, Türkiyədə aparılımır, dünyanın əksər ölkələrində də belə yoxlamalar həyata keçirilir. Hələlik monitorinqlər pessimist notlardan ibarət deyil", - parlamentari bildirib.


Deputat vurğulayıb ki, Türkiyəyə təhsil almaq üçün gedənlərin bir sıra səbəbləri var:


"Səbəblərdən biri bizim ölkədə özəl ali təhsil sisteminə etimadın azalmasıdır. Ən aşağı bal toplayan tələbələr özəl universitetlərə müraciət edirlər. Digər yandan Türkiyədə təhsilin keyfiyyəti texniki, xüsusilə təbiət elmləri üzrə yüksəkdir. Humanitar elmləri də bura aid etmək olar. Öyrəniləsi təhsil sistemidir, çirkli təhsil sistemi yoxdur. Bu da insanları cəlb edir. Məzunların işlə təminatı ilə bağlı onlara zəmanət verilir".



Təhsil eksperti Nadir İsrafilov isə bildirib ki, zəlzələdən sonra ilk mərhələdə Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyəsi həyata keçirilib.


"Xatırladım ki, belə bir hadisə 2020-ci ilin yanvarında da baş vermişdi. Türkiyənin Elazığ şəhərində baş vermiş təbii fəlakətdən sonra orada təhsil alan 102 azərbaycanlı tələbə xüsusi reyslə evakuasiya edilərək Bakıya gətirilmişdi. Hadisədən bir müddət sonra tələbələrin əksəriyyəti təhsillərini davam etdirmək üçün geri dönmüşdülər. Bu dəfə də belə olacağını düşünürəm. Hesab edirəm ki, Türkiyəyə təhsil üçün gedənlərin sayı azalmayacaq. Biz Elazığ zəlzələsindən sonra tələbə axınında azalma olmadığını gördük. Valideynlərin əlavə qayğısı isə danılmazdır. Onsuz da zəlzələdən asılı olmayaraq, övladları xaricdə təhsil alan bütün valideynlər qayğı içində olur. Bu, qürbət anlayışı, qəribçilik psixologiyası ilə bağlı məsələdir. Türkiyə universitetlərinin bir çoxunda minlərlə tələbələrimiz oxuyub və onlar diplomlarını tanıdaraq ölkəmizdə işləyirlər. İntensiv əlaqələrin bundan sonra da davam edəcəyinə şübhə ola bilməz", - deyə mütəxəssis vurğulayıb.


Qeyd edək ki, ötən ilin statistikasına əsasən 26 mindən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır.






Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev Azərbaycanda yeni nazirlik yaradılmasını təklif edir

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev Azərbaycanda yeni nazirlik yaradılmasını təklif edir

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Altıncı çağırış parlamentin düşərli olmaması fikriylə razı deyiləm – DEPUTAT ETİBAR ƏLİYEVLƏ  #evdəqal söhbəti

Altıncı çağırış parlamentin düşərli olmaması fikriylə razı deyiləm – DEPUTAT ETİBAR ƏLİYEVLƏ #evdəqal söhbəti

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?