AzTehsil.com


Xəbərlər
26 iyul 2020
1 416


Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev Azərbaycanda yeni nazirlik yaradılmasını təklif edir



Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev Azərbaycanda yeni nazirlik yaradılmasını təklif edir

 

Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər.
 
Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələrə təhsil vermək deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, yeni nəsil tədqiqatçıların hazırlanmasıdır. Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır.

Böyük İspan filosofi Xose Orteqa-i- Qasset "Universitetin missiyası” kitabında yazır: "Universitet mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamamlıdır.”

Göründüyü kimi elm və təhsilin vəhdəti mütəfəkkirlərin diqqətindən yayınmamışdır. Və ideya ölkələrinə fayda gətirmişdir.

Almaniyada Təhsil və elm siyasətini həyata keçirən qurumun adı belədir: Təhsil və elmi tədqiqatların Federal Nazirliyi.

Rusiyada: Elm və ali təhsil Nazirliyi;
Qazaxstanda: Təhsil və elm Nazirliyi;
Ukraynada: Təhsil və elm Nazirliyi;
Moldovada: Təhsil, mədəniyyət və tədqiqatlar Nazirliyi;
Gürcüstanda: Təhsil və elm Nazirliyi;
Latviyada; Təhsil və elm Nazirliyi;
Azərbaycanda: Təhsil Nazirliyi.

Orta təhsil və elm: Ölkədə artıq olimpiada hərəkatı yaranıb. Fənn olimpiada mərkəzləri yaradılıb. Olimpiada elm yarışmasıdır. Uğurlar əlbəttə ki, uşaqlarda elmi bacarıqların inkişafından keçir. Yalnız tədqiqatçı müəllimlər uşaqları olimpiadalara səmərəli hazırlaya bilərlər. Olimpiada hazırlığı aparacaq müəllimlər üçün gerçək və faydalı elmi seminarlar təşkil edilməli, universitetlər məktəblilər üçün öz olimpiadalarını gerçəkləşdirməlidirlər.

2018- ci ildə Kimya üzrə Beynəlxalq Olimpiadada qızıl medal qazanmış Ruslan Kotlyarovun istəyi: "İstəyirəm ki, bütün müəllimlərimiz azı magistratura pilləsini bitirmiş olsunlar.” Demək Olimpiada qalibi müəllimlərinin elmi hazırlığına daha çox üstünlük verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ali təhsil müəssisələrinin "təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Həmin sənəddə göstərilir: Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Onun insan kapitalının formalaşmasına və inkişafına təsiri özünü iki şəkildə büruzə verir: 1) insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlaması; 2) yeni biliklərin yaranmasında, tətbiqində və ötürülməsində bilavasitə iştirak.

Dünyada Tədqiqat Universitetlərinin geniş vüsət alması göstərdi ki, insan kapitalının formalaşmasında təhsilin gücü yetərli deyil. Elm mütləq tamamlayıcı funksiyanı yerinə yetirməlidir.

Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat – professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir.


Digər tərəfdən, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları başa düşüləcək səviyyədə izah etmək üçün lektor problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən bilməlidir. Dərs demək və tədqiqat aparmaq bir-birilərini tamamlamalıdır.


Ölkə başçısının sərəncamı ilə Təhsil nazirliyinin nəzdində "Təhsildə Keyfiyyət Təminatı Agentli”yinin yaradılması olduqca mühüm hadisədir. Bu qurum təhsil müəssisələrinin dürüst akkreditasiyasının aparılmasında tezliklə öz sözünü deməlidir. Keyfiyyətli təhsil keyfiyyətli tədqiqatın açarı olmalıdır.

Təhsil və Elm Nazirliyi yaradılarsa, Ali Attestasiya Komissiyasının da bu qurumun nəzdində İdarə, yaxud Agentlik formasında fəaliyyət göstərməsi ölkəmizdə yüksəkixtisaslı elmi və elmi- pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsinin səmərəliliyini artıra bilər.

Dünyanın ali təhsil sistemləri çərçivəsində yaradılan tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır.

Elm və Təhsil Nazirliyi təhsil və elmin vəhdətini gücləndirməklə tədqiqat universitetlərinin yaradılmasına dəstəkçi ola bilər. İndi ölkələrin elmi potensialı tədqiqat universitetlərinin tutumu ilə ölçülür.

Bütün bunlar ölkədə "Təhsil və Elm Nazirliyi”nin yaradılmasını zərurətə çevirir.

P.S. Azərbaycan Milli Elmlər Akademiyasının taleyinə gəldikdə isə yuxarıda misal çəkdiyim ölkələrin təcrübəsi bizim üçün önəmli ola bilər.(Modern.az)



Загрузка...
Həmçinin oxuyun:
Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq

Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

AMEA: "Ali təhsilli gənclərimiz iş axtarırlar,  yeni iş yeri yaratmırlar"

AMEA: "Ali təhsilli gənclərimiz iş axtarırlar, yeni iş yeri yaratmırlar"

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Rektor:  “Elmi məktəblərin sayı artırılmalıdır”

Rektor: “Elmi məktəblərin sayı artırılmalıdır”

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

Gələcək elm- Bacaracağıqmı?

Gələcək elm- Bacaracağıqmı?

"Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir"

"Heç də hər bir elmi araşdırma uğurla nəticələnmir"

AMEA tərcüməçi axtarır -MÜSABİQƏ

AMEA tərcüməçi axtarır -MÜSABİQƏ

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

Azərbaycanda elmin büdcədən kənar vəsaitlə maliyyələşdirilməsi stimullaşdırılacaq

Azərbaycanda elmin büdcədən kənar vəsaitlə maliyyələşdirilməsi stimullaşdırılacaq

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər