Rektor: “Elmi məktəblərin sayı artırılmalıdır”
"Azərbaycanda elmi məktəblərin sayı artırılmalıdır".
Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.
Rektor bildirib ki, bu gün ölkədə ümumilikdə 20-30, hətta daha az elmi məktəb var:
"Belə məktəblər daha çox qurulmalı və onlar inkişaf etdirilməlidir. Bütün sahələrdə birdən-birə dünyaya çıxmaq mümkün deyil. Ancaq elmi məktəblərin coğrafiyası yaranandan sonra bu sahələri inkişaf etdirmək mümkün olar. Həmin məktəblər də birbaşa istehsalata çıxmalıdır. Belə olan halda gəlirlər çoxalar və elmin inkişafı üçün böyük maliyyə dəstəyi əldə edə bilərik. Azərbaycanın ali məktəblərində bu gün elm inkişaf edir. Universitetlərdə elm olmasa, təhsil ola bilməz, yalnız elm olan yerdə yüksək təhsildən danışmaq olar”.