AzTehsil.com


Xəbərlər / Müəllim
04 may 2020
1 497


Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib



Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

 

Bu gün  Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, komitənin sədri Bəxtiyar Əliyev  bildirib ki, gündəlikdə iki məsələ var.

Birinci məsələ "Təhsil haqqında” və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsidir. Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb və onun nizamnaməsi təsdiq edilib. "Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır. "Dövlət rüsumu haqqında”  qanuna təklif olunan dəyişikliklər isə "Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, "Dövlət rüsumu haqqında” qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.

Komitə sədri bildirib ki, ikinci qanun layihəsi isə "Hərbi qulluqçuların statusu haqqında”, "İnzibati icraat haqqında”, "Təhsil haqqında” və "Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi (üçüncü oxunuş) barədədir.  Qeyd olunub ki, ölkədə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək, elmi tədqiqatların səviyyəsini yüksəltmək  məqsədi ilə Prezident İlham Əliyevin 2019-cu il  11 iyun tarixli fərmanı ilə   "Elmi dərəcələr verilməsi qaydası haqqında” və "Elmi adlar verilməsi qaydası haqqında”  əsasnamələr  təsdiq  edilib.  Həmin əsasnamələrdə  elmi dərəcələr və adların verilmə qaydası,  xarici ölkələrdə  verilmiş elmi dərəcə və adların nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması,   elmi dərəcədən və elmi addan məhrumetmə  kimi  məsələlər və şikayətlərə baxılma proseduru öz əksini tapıb. Mövcud  layihə  yuxarıda  qeyd  olunan  fərmanla əlaqədar və müvafiq  qanunvericiliyə uyğunlaşdırmaq   məqsədilə hazırlanıb.



Загрузка...
Həmçinin oxuyun:
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

Deputatlar "Təhsil haqqında" qanuna dəyişiklik layihəsini müzakirə etdi

Deputatlar "Təhsil haqqında" qanuna dəyişiklik layihəsini müzakirə etdi

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

Parlamentdə bu gün təhsillə bağlı iki vacib qanun layihəsi müzakirə olunacaq

“Təhsil haqqında” Qanun dəyişir - Kurikulumların təsdiqi dövlətin vəzifələri sırasından çıxarılır

“Təhsil haqqında” Qanun dəyişir - Kurikulumların təsdiqi dövlətin vəzifələri sırasından çıxarılır

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaq

Bu məhsulların məktəb ətrafında yayılması qadağan edilə bilər - MM-də müzakirə olacaq

Diplomların tanınmasına görə rüsum ləğv edilir

Diplomların tanınmasına görə rüsum ləğv edilir

Doktoranturaya qəbulda yenilik olacaq

Doktoranturaya qəbulda yenilik olacaq

Yeni qanun layihəsi hazırlanır

Yeni qanun layihəsi hazırlanır

Saathesabı pul ödəniləcək-Qərar

Saathesabı pul ödəniləcək-Qərar

Ali təhsillə bağlı qanun HAZIRLANIR

Ali təhsillə bağlı qanun HAZIRLANIR

Parlamentin plenar iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılacaq

Parlamentin plenar iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılacaq

Nümayəndəlik institutunun ləğvi plenar iclasa tövsiyə olundu - Yenilənib

Nümayəndəlik institutunun ləğvi plenar iclasa tövsiyə olundu - Yenilənib

Təhsil müəssisələri üçün yeni dövlət rüsumları təsdiq olunub

Təhsil müəssisələri üçün yeni dövlət rüsumları təsdiq olunub

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir - Hansı məsələlərlə bağlı?

“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir - Hansı məsələlərlə bağlı?

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

Nümayəndəlik institutunun ləğvinin nə vaxt müzakirəyə çıxarılacağı məlum olub

Nümayəndəlik institutunun ləğvinin nə vaxt müzakirəyə çıxarılacağı məlum olub

Müəllimlər attestasiyadan keçirilməsi təklif edilir

Müəllimlər attestasiyadan keçirilməsi təklif edilir

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq