AzTehsil.com


Xəbərlər
13 may 2019
2 627


“Təhsil haqqında” Qanun dəyişir - Kurikulumların təsdiqi dövlətin vəzifələri sırasından çıxarılır



“Təhsil haqqında” Qanun dəyişir - Kurikulumların təsdiqi dövlətin vəzifələri sırasından çıxarılır

 

Azərbaycanda "Təhsil haqqında" Qanuna bəzi dəyişikliklər ediləcək.  Dəyişikliklərdən birində təhsil müəssisələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulub. 

Aztehsil.com Modern.az-a istinadən xəbər verir ki, adıçəkilən qanuna əsasən, təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisələrinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. 

Eyni zamanda, qanunun 29.0.28-ci maddəsinə əsasən, təhsil müəssisələrinin akkreditasiyası dövlət rüsumu tutulmaqla həyata keçirilməlidir. 

Digər bir dəyişiklik "Təhsil haqqında" Qanuna uyğunlasdırma məqsədi daşıyır. Belə ki, həmin qanuna əsasən, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri təhsil fəaliyyətini lisenziya almadan həyata keçirirlər. 

İndiyədək qanuna əsasən, doktorantura ali təhsilin yüksək səviyyəsi olmaqla, elmi və elmi- pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edirdisə, təklif olunan dəyişikliyə görə,  doktoranturada yalnız elmi kadrların hazırlanması nəzərdə tutulacaq (Elmi- pedaqoji kadrların hazırlanması isə maddədən çıxarılır). Bu isə "Elm haqqında" qanuna uyğundur (maddə 17.3).

Dövlətin vəzifələri sırasından təhsil proqramlarının (kurikulumların) təsdiq olunması çıxarılır. Mühüm dəyişikliklərdən biri də dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində olduğu kimi, peşə təhsili müəssisələrində təhsilalanların da pulsuz dərsliklərlə təmin olunmasıdır. Bu isə peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək

Qanuna təklif olunan dəyişikliklər Milli  Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq.



Загрузка...
Həmçinin oxuyun:
Doktoranturaya qəbulda yenilik olacaq

Doktoranturaya qəbulda yenilik olacaq

Nümayəndəlik institutunun ləğvinin nə vaxt müzakirəyə çıxarılacağı məlum olub

Nümayəndəlik institutunun ləğvinin nə vaxt müzakirəyə çıxarılacağı məlum olub

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib

MM “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsini qəbul edib

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Ali məktəblər kollec təhsili də verə biləcəklər

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

Təhsil haqqında  qanuna  irad  tutdu.

Təhsil haqqında qanuna irad tutdu.

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

Ali məktəblərin nəznində kolleclər yaradılır -" BU qərarın geniş müzakirəyə eytiyacı var"

Bağçalara qəbul yaşı dəyişdirilir

Bağçalara qəbul yaşı dəyişdirilir

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Nazir: "Təhsil haqqında" qanuna dəyişiklik ediləcək

Nazir: "Təhsil haqqında" qanuna dəyişiklik ediləcək

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtləri dəyişdirilir

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtləri dəyişdirilir

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir - Hansı məsələlərlə bağlı?

“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir - Hansı məsələlərlə bağlı?

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

Nümayəndəlik institutunun ləğvi plenar iclasa tövsiyə olundu - Yenilənib

Nümayəndəlik institutunun ləğvi plenar iclasa tövsiyə olundu - Yenilənib

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Dövlət qulluqçusunun şəxsi işini aparanların NƏZƏRİNƏ...

Dövlət qulluqçusunun şəxsi işini aparanların NƏZƏRİNƏ...

Azərbaycanda bəzi tədris müəssisələrinin və onların müəllimlərinin səlahiyyətləri azaldıldı

Azərbaycanda bəzi tədris müəssisələrinin və onların müəllimlərinin səlahiyyətləri azaldıldı

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək

Azərbaycanda uşaqlar bağçalara 1 yaşından veriləcək