Məleykə Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə bağlı sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, fevralın 23-də Məleykə Abbaszadənin yubileyidir, DİM sədrinin 70 yaşı tamam olur.