AzTehsil.com


Xəbərlər / Müəllim
05 yanvar 2023
850


Ömrünün son günlərinədək haqqa, ədalətə, sadiq qalan nazir.




“Niyə qaçırsınız, gəlmişəm hal-əhvalınızı soruşum, məktəbin vəziyyəti ilə tanış olum…”

Bu gün təhsildə demokratikləşmənin, humanistləşmənin, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənin, tabeçilikdə olanlara diqqət və qayğının, müəllimə, onun nüfuzuna yanaşma tərzinin incəliklərini mənimsəmək üçün Mehdi müəllimin həyat yoluna, nəzəri irsinə dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur. Onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda, onun nə qədər alicənab insan olduğunun bir daha şahidi olursan.

“Mehdi müəllimlə söhbətlərimizdən hiss edirdim ki, o, Azərbaycan diyarının gözəl bilicisi və bələdçisidir. Bu cəhət onun vətən torpağına məhəbbətindən irəli gəlirdi…”

Mikayıl Abdullayev, xalq rəssamı

“Azərbaycanın görkəmli elm, maarif, ictimai xadimləri arasında xüsusi mövqeyi və dəst-xətti olan akademik M.Mehdizadə eyni zamanda təbiətən yüksək ziyalılıq mədəniyyəti ilə daha çox diqqəti cəlb edirdi…”

 Süleyman Ələsgərov, bəstəkar, xalq artisti, professor

“Akademik Mehdi Mehdizadə mənim xatirimdə güclü bir nazir, pedaqogika sahəsində tanınmış alim, şərəfli bir müəllim və şəxsiyyət, ləyaqətli insan, gözəl ailə başçısı kimi qalıb, özü də hər çeydən əvvəl, yüksək ixtisas biliyi, səriştəsi, işlədiyi və rəhbərlik etdiyi sahədə mötəbər nüfuzu, təcrübəsi və siqləti olan şəxs kimi…”

 Fuad Qasımzadə, akademik

“Mehdi müəllim ömrünün son günlərinədək haqqa, ədalətə, sadiq qaldı. Haqqın, ədalətın carçısı oldu. Bu ali insani keyfiyyətlər onun canına, qanına hopmuşdu”.

Budaq Budaqov, akademik

“Akademik Mehdi Mehdizadə öz şəxsiyyəti, şəxsı nümunəsi ilə hər yerdə, hər zaman yüksək pedaqoji etikanı nümayiş etdirirdi.Yüksək dərəcədə mədənilik, düzlük, paklıqədalət, qayğıkeşlik, səmimiyyət, təvazökarlıq onun şəxsiyyətinin heyrətamiz cəhətləri idi…”

Hüseyn Əhmədov, akademik

“Mehdi müəllim UNESCO-nun maarif və mədəniyyət komissiyasına üzv seçilmişdi. Bu təkcə M. Mehdizadənin bir görkəmli alim kimi elmi nüfuzunun deyil, həm də Azərbaycan pedaqogikasının uğurlarının beynəlxalq səviyyədə təsdiq olunması idi”.

Əbdül Əlizadə, professor

“Bu qədər tanınmış, yüksək səviyyəli, böyük titullu alim olasan, amma Bəşiir kimi balacaların yazılarını oxuyub qiymət verməsini unutmayasan... Bunun özü Mehdizadənin böyüklüyünə dəlalət edir...”

 Bəşir Əhmədov, professor

“Akademik Mehdi Mehdizadənin həyatına, ömür yoluna, geniş pedaqoji fəaliyyətinə diqqətlə nəzər yetirdikdə görürük ki, o, həmişə, hər an səmərəli nətıcə verən işlər görmüşdür.O, pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb etmiş, xoş təəssürat yaratmışdır…”

Zahid Qaralov, professor

“Nazir Mehdizadə ilə ünsiyyətdə olmaq ona görə xoş idi ki,o, hər şeyi bilirdi. Bu və ya digər problemlə əlaqədar irəli sürdüyün ideyanı dərhal tutur, dərin elmı disskusiyaya girişir və onu inkişaf etdirirdi…”

Yəhya Kərimov, professor

Mehdi müəllim sözün geniş mənasında maarif fədaisi idi. O təcrübəli, işgüzar, ixtisasını dərindən bilən və lazımi tələblər səviyyəsində tədris edən müəllimlərə ehtiram göstərirdi. Əsərlərində belə müəllimlərin adını çəkir, iş təcrübələrini işıqlandırırvə təhlil edirdi…

Şəmistan Mikayılov, professor

“Bəzilərini səlahiyyətin böyüklüyü çaşdırır, xalqdan ayrı salır. M. Mehdizadə əsrin dörddə birini nazir oldu. Bu müddətdə o, sadəliyi özünə şüar elədi…”

 İmanverdi Əbilov, professor

”Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi.“

Əjdər Ağayev, professor

“Onu son mənzilə yola salanda bir daha əmin oldum ki, xalqının xidmətində duranlar, qayəsi yaxşılıq, xeyirxahlıq etmək olanlar dünyasını dəyışsələr də mənən əbədi olaraq yaşayacaqlar…”

Rəfiqə Mustafayeva, professor

Mehdi müəllimin zəngin pedaqoji irsi, bir-birindən dəyərli, fundamental əsərləri xalq maarifinin, pedaqogika elminin ən müasir problemlərinin tədqiqi, həlli yolunda karımıza gəlir, ziyası tükənməyən bir mayak kimi bizə doğru, düzgün yol göstərir.

Vidadi Xəlilov, professor

”…Yaxşı yadımdadır, 134 nömrəli məktəbin 7-ci sinfində oxuyurdum. Qışın oğlan cagı idi. Bərk qar yağırdı.Atam anamı məni məktəbə aparmağa qoymadı, özü apardı.Qapıdan içərı girdik. Gördüm ki, hamı əl-ayağa düşdü, narahat olmağa başladı. Atam isə təmkinlə dedi: Niyə qaçırsınız, gəlmişəm hal-əhvalınızı soruşum, məktəbin vəziyyəti ilə tanış olum…”

 Zemfira Mehdizadə, M.Mehdizadənin qızı

“Xeyli vaxtdır ki, əzizimiz, mehribanımız əlçatmaz, ünyetməz bir aləmdədir. Biz isə Mehdi müəllimin hərarətli nəfəsini heç cür unuda bilmirik. Bu gün bizi onun əbədi xatirə qalan şəklindən boylanan mehriban və qayğılı baxışları ovundurur. Bu baxışların qarşısında baş əyib deyirik: Sənsiz Səninləyik, əzizim!”

 Lətifə Mehdizadə, akademik M.Mehdizadənın həyat yoldaşı

Azərbaycanda orta təhsilin inkişafında müstəsna rolu olan akademik Mehdi Mehdizadənin o zaman gördüyü işlər və irəli sürdüyü ideyalar dövrü üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, indiki orta təhsil sisteminə də önəmli töhfələr vermişdir. Belə insanların xatirəsi həmişə əziz olmalıdır.

Prezident İlham Əliyev Cəbrayıl şəhərində səfərdə olarkən təməlini qoyduğu orta məktəb pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, akademik, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Mehdi Mehdizadənin adını daşıyacaq.

 

Nadir İsrafilov




Загрузка...
Həmçinin oxuyun:
"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

"Azərbaycan tarixi" ni fənn kimi tədris etməyi tapşırdı - Cəbrayılda adına məktəb tikilən nazir

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Nadir İsrafilov: Bəli, həqiqətən də hər bir insan öz daxili dünyasının əksidir.

Nadir İsrafilov: Bəli, həqiqətən də hər bir insan öz daxili dünyasının əksidir.

Müəllim də anadan müəllim doğulmayıb, Müəllimin özü də müəllimsiz olmayıb.

Müəllim də anadan müəllim doğulmayıb, Müəllimin özü də müəllimsiz olmayıb.

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Metodbirləşmələr

Metodbirləşmələr

Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri

Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri

Şair təxəyyülündə bədiiləşən tariximiz

Şair təxəyyülündə bədiiləşən tariximiz

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017