AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
08 fevral 2023
1 589


Bu proses qrafik üzrə həyata keçirilir- Ekspert




Xəbər verdiyimiz kimi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib ki, gələcəkdə ümumtəhsil müəssisələrinin də akkreditasiyadan keçirilməsi mümkün ola bilər.


Bəs, ümumiyyətlə akkreditasiya nədir? Orta məktəblərin buna ehtiyacı varmı? Əgər orta məktəblər akkreditasiyadan keçməsə, nə baş verə bilər?


Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirdi ki, akkreditasiya, bir təşkilatın xüsusi vəzifələri - akkreditə olunduqları işi yerinə yetirməyə qadir olduğunu rəsmi tərəfin tanımasıdır.


"Hər şeydən əvvəl onu xatırladım ki, akkreditasiya – «etibar etmək» mənasında latın sözü olub - səlahiyyətli orqan vasitəsi ilə konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınmasını təmin edən vasitə kimi xarakteriza olunur. Yəni, uğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası onların həyata keçirdikləri uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinin yerinə yetirilməsinə səriştəli olduqlarına dair zəmanətin formalaşdırılması və uyğunluğun qiymətləndirilməsi nəticələrinin milli və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün vacib olan mexanizmdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən akkreditasiya orqanı - akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdur. Bu qurum bir növ idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edir. Akkreditasiya, bir təşkilatın xüsusi vəzifələri - akkreditə olunduqları işi yerinə yetirməyə qadir olduğunu rəsmi tərəfin tanımasıdır. Nazirlər Kabinetinin qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” təsdiq edilib. Qaydalara əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir" - deyə o, bildirdi.


Təhsil eksperti onu da qeyd etdi ki, qaydalara əsasən təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə bir dəfə həyata keçirilir:


"Bu proses tədris ili üzrə hazırlanmış Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə həyata keçirilir. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil müəssisəsinə rəsmi qaydada onun keçirilməsinə ən azı 6 ay qalmış bildirilir. Əgər səhv etmirəmsə, hələ 2011-ci ildə Nazirliyin Akkreditasiya şöbəsinin rəsmisi bildirmişdi ki, orta məktəblərin akkreditasiyadan keçirilməsi üçün "Ümumitəhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar"ın və "Ümumitəhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar"ın layihəsi hazırlanıb. Həmin layihədəki istiqamətlər müəssisənin fəaliyyətinin təşkilati-hüquqi təminatı, idarə olunması, təhsil proqramlarının yerinə yetirilməsi, müəssisədə təlim-tərbiyə işinin təşkili, kadr təminatı, metodik xidmətin təşkili, beynəlxalq əlaqələr, maddi-texniki baza, tibbi və sosial məişət şəraiti ilə bağlı vəziyyətin öyrənilməsidir. Layihəyə əsasən məktəblərin fəaliyyəti 100 balllıq sisitemlə qiymətləndiriləcəkdi. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə növbəti tədris ili üçün qəbul planlaşdırılmırdı. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilərdi. Bu meyarların hər ikisindən müsbət nəticə əldə edən akkreditasiyadan keçmiş hesab olunur, akkreditasiyadan keçmiş təhsil müəssisəsi nazirlikdən növbəti 5 il üçün fəaliyyətinə icazə alırdı. Məktəblərə 5 il ərzində nazirliyin göstərdiyi nöqsanları qaldırmaq tövsiyə ediləcək, onlar isə hər il nöqsanların aradan qaldırılması barədə nazirliyə hesabat verəcəkdi. Təhsil Nazirliyindən verilən məlumata görə, bu proses ilkin olaraq təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə etməli idi".


N.İsrafilov bildirdi ki, rəsmi məlumata görə, hətta Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyadan keçirilmə qaydaları hazırlanır.


"Lakin təəssüf ki, müəyyən edilmiş vəzifələr elə vəzifə olaraq qaldı. Bu istiqamətdə lazımi addımlar atılmadı. Yeri gəlmişkən onu da deyim ki, nəzarət mexanizmi rəhbərlik kimi idarəetmənin planlaşdırma, təşkil etmə, tənzimləmə, əlaqələndirmə funksiyalarından biri və ən başlıcasıdır. Belə bir nəzarət sovet dönəmində məktəblərdə “frontal yoxlama” formasında həyata keçirilirdi. Sonralar bu nəzarət termini yeni məzmun alaraq “monitorinq və qiymətləndirmə”, “diaqnostik qiymətləndirmə”, “sertifikasiya” ilə əvəz olundu. Diaqnostika və sertifikasiyadan fərqli olaraq, akkreditasiyada fərdi qiymətləndirmə deyil, kollektiv qiymətləndirmə, yəni bötövlükdə müəssisənin qiymətləndirilməsi aparılır. Əgər belə demək olarsa, akkreditasiya bir növ keçmiş "frontal yoxlama"nın sələfidir, nəzarətin nisbətən təkmil və müasir mexanizmidir. O ki, qaldı TKTA rəsmisinin “Gələcəkdə ümumtəhsil müəssisələrinin də akkreditasiyadan keçirilməsi mümkün ola bilər” açıqlamasına yalnız əlavəm ondan ibarət ola bilər ki, bu prosedura nə qədər tez başlanarsa, təhsil müəssisələrinin məsuliyyəti də bir o qədər tez artar, çünki keyfiyyətin əsas şərtlərindən biri də məsuliyyətdir. O da, hələ ki, azalan xətlə inkişaf edir...", - deyə ekspert vurğuladı.




Загрузка...
Həmçinin oxuyun:
İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Sinif rəhbərləri ..Oxuyun !    Sinifin xarakteristikası..

Sinif rəhbərləri ..Oxuyun ! Sinifin xarakteristikası..

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

“Virtual məktəb”in yaradılmasından 1 il ötür

“Virtual məktəb”in yaradılmasından 1 il ötür

Stasionar şəraitdə təhsilin təşkili  QAYDALARI

Stasionar şəraitdə təhsilin təşkili QAYDALARI

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri