AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
02 fevral 2023
930


Uşaqların aqressiv davranış səbəbləri




Sizin uşağınızın aqressiv davranışını səbəbləri


Onu incidirlər və ya xətrinə dəyirlər. Uşağa qarşı olan ədalətsiz yanaşma onda təbii qəzəb hissi yarada bilər, hansı ki, müvafiq olaraq onda özünü müdafiyə etmə mövqeyinı salır.

Onun şəxsi sərhədlərinin pozulması: Onun oyuncaqlarının icazə almadan götürmək, onu vurmaq, oyunu dayandırmaq və s.

Yorulub, xəstələnib və ya qorxması. Qəzəb çarəsizliyinin, gücsüzlüyünün göstəricisi ola bilər

Yetərli dərəcədə diqqət almaması. Uşaq sevgi və qayğı yetərsizliyi yaşadıqda, aqressiya və qəzəblə diqqəti özünə cəlb edir. 

Ailədə kimsə acıq və ya gizli aqressiv davranış göstərir. Uşaq valideynlərinin davranışı təkrarlayır və hesab edir ki, bu davranış təbiidir

Özünü hər-hansısa səbəbdən müdəfiyəsiz hiss edir.  O digərlərinə birinci hücum edərək, sanki o təsəvvüründəki aqressoru “qabaqlayır”.

Daima özü haqqında narazıçılıqlar eşitdiyi üçün, o özünü “pis uşaq” hesab edir.  Bu yaş dövründə uşaqlar tənqidi və narazılığı özü ilə daşıya bilmir, digərlərin günahlandıraraq və tənqid edərək onlardan canını qurtarmaq istəyir

Hər-hansısa travmatik bir hadisə ilə qarşılaşıb: kədər, yaşadığı mühitinin dəyişməsi, güclü qorxu, şiddət və ya stress

Aqressiv davranışın növləri: Aqressiv davranış müşahidə ola bilər:

Sözlü formada - uşaq qışqırır, qeyri-etik ifadələrdən istifadə edir, təhdid edir, öz həmyaşıdlarını təhqir edir.

Fiziki formada – uşaqlara və ya böyüklərə hücum edir, qışqırır, dalaşır, dişləyir, təpikləyir, itələyir, uşaqların əşyalarını ətrafa tullayır,  oyuncaqları sındırır, digər uşaqların dəftərlərini cırır və s.

Aqressiya birbaşa və ya dolayı xarakter də daşıya bilər. Uşaq ona edilən xahişləri qulaqardına vurur, sizi “eşitmir”, xəbərçilik edir, öz həmyaşıdı cəza alsın deya, hər- hansısa neqativ davranışa onu təhrik edir, digərlərini manipulyasiya edir.


Qəbul olunan aqressiv davranış növləri ( dəstəklənə blinən): Uşaqlara müxtəlif növ aqressiyanın ifadə ( dava, müharbə, partlayış və s)  olunduğu şəkilləri çəkməyə icazə vermək; əşyalarla oynamaq ( öz əli ilə yaratdığı obyetləri dağıtmaq, sındırmaq, oyuncaqları ətrafa atmaq, tullamaq);  etrazını bildirmək ( “yox” demək), lakin bunu səbəbini də izah etməklə etməsi məsləhət olunur (“niyə?”),  əşyaları sındırmaq (əgər çox dəyərli deyillərsə); yastıqları, idman oyuncaqlarını vurmaq, kimləsə güləşmək ( hər iki tərəfin razılığı ilə), idman oyunları ilə məşğul olmaq və s.


Qəbul olunmayan aqressiv davranış növləri ( mütləq dayandırılması tələb olunan):  Uşağa digər uşaqları təhqir etmək və alcaltmasına, hər növ canlı obyektlərə qarşı fiziki şiddət göstərməsınə ( heyvanlar və insanlar) , digər insanların hissləri ilə oynamasına,  onları neqativ davranışa təhrik etməsinə icazə vermək olmaz.


Böyüklər bilməlidir:


İlk öncə aqressiv davranışının səbəbini araşdırmalısınız.

Uşağın tələbatına və istəklərinə qarşı diqqətli olmalısınız. Bilməlisiniz ki, uşağın aqressiv davranışı – bəzən uşağın çarəsiz halda “günəş altında öz yerini tapma” çabasıdır.  Uşaq digər üsullarla özünü necə müdafiyə edə və ya özünə diqqəti necə çəkə bilər  bilmir.  Qəzəb onu pis insan etmir, adətən onun məmnunsuzluğun təbii göstəricisidir, özünü müdafiyə etməyə imkan verən bir energiyadır.

Bilməlisiz ki, aqressiv davranışı qəddar və ya aqressiv şəkildə aradan qaldıraraq siz o xüsusiyyəti düzəltmirsiz, əksinə daha da gücləndirirsiz. Lakin bu o demək deyil ki, siz o davranış modelinə heç diqqət yetiməməlisiniz. Belə halda uşaq hesab edə bilər ki, bu davranış böyüklər tərəfindən qəbul olunandır, və nadir (tək) davranış sonda vərdişə çevrilə bilər.  Uşaqların arzuolunmayan davranışlarına aqressiv reaksiya verməmək və bunun sistematik, davamlı olması vacibdir. Uşaqların sasdəcə müəyyən davranışını müzakirə etmək lazımdır, şəxsiyyətini deyil. Uşaq onu sevdiyinizi hiss etməlidir, lakin bu davranışınızı qəbul etmədiyinizi və dəstəkləmədiyiniz də bilməlidir.

Qəbul etməlisiniz ki, uşaqları tez-tez cəzalandırmaq, əmr vermək, qadağalar qoymaq uşağın öz qəzəbini boğmağına səbəb ola bilər. İfadə olunmayan qəzəb və ya aqressiya isə, nəticədə daxili aqressiyaya çevrilə bilər (autoaqressiya).  Məsələn, uşaq dırnaqlarını yeyir, tez-tez zədə alır, tez-tez xəstələnir və s. Nəticə etibarı ilə, bu hallar formalaşma mərhələsində olan uşağın şəxsiyyətinə təsir göstərib, onda passiv-aqressiv xüsusiyyətlətin yaranmasına səbəb ola bilər ( özündən tez çıxma, digərlərini incitmə və s.)

Baş verən hadisələrə sakit reaksiya verin, əhəmiyyətsiz və ya kiçik aqressiv davranışı bəzdən gözardına edin.  Əgər uşaq qəzəbimi sərhədlər çərçivəsində və dəstəklənən formada çıxardırsa ona bunu etməyə imkan verin, onu dinləyin və sonra diqqətni başqa şey yönləndirin.

Öz neqativ emosiyalarınızı idarə edin. Uşaq aqressiv davranış göstərdikdə, bu sizdə də neqativ hisslər oyardır (əsəb, qəzəb, qıcıqlanma, qorxu, carəsizlik və s) Uşağın hisslərinin təbii olduğunu qəbul etməlisiniz, onun səbəbini, gücünü, xarakterini müəyyən edib, uşaqla müsbət və konstruktiv münasibətinizi, mövqeyinizi qoruyub saxlamalısınız.

Bilməlisiz ki, siz ona nəyisə qadağan etdikdə, sizin də olduğu kimi uşağın da sonra öz qəzəbini ifadə etməyə haqqı var.

Onun diqqətini ətrafdakı insanların və sizin qəzəb yaradan hallara necə reaksiya verdiyinizə, emosiyaların ifadəsində hansı davranış modellərini adətən istifadə etdiyinizə yönləndirin. Böyük ehtimal uşağınız da sizi təkrarlıyacaqdır, təqlid edəcəkdir.

Aqressiv səhnələr olan verlişlərdən, filmlərdən, oyunlardan və s. uşağı mümkün dərəcədə uzaq tutun

Ona öyrədin:

Öz emosialarını və digər insanların emosiyalarını anlamağı

İnsanların hisslərinə şərik olmağı ( empatiya hissi)

Qəzəbini qəbul edilən, konstruktiv üsullarla ifadə etməyi.

Öz narazılığını digərlərini  manipulyasiya edərək deyil, acıq və müəyyən üsullarla ifadə etməyi

Digər insanlara hücum etmədən, öz şəxsi sərhədlərini qorumağı

Öz davranışlarının məhsuliyyətini hiss etməyi

  Ən əsası, öz uşağınıza və ətrafdakı insanlara qarşı pozitiv yanaşın

Unutmayın, müsbət nəticəni yalnız yüxarıda qeyd olunan tövsiyyələri sistematik, davamlı şəkildə tətbiq etdikdə ala bilərsizniz

Uşağın hisslərinə, tələbatlarına və ya istəklərinə qarşə səbrli  və  diqqətli olmaq çox vacibdir.




Загрузка...
Həmçinin oxuyun: