AzTehsil.com
RU


Xəbərlər / Valideyn
02 fevral 2023
714


Uşaqlarda yaranan qorxular




Uşaqlar fiziki cəhətdən zəif olduqları və özlərini müdafiə edə bilmədikləri üçün qorxu onlara xas olan xüsusiyyətdir. Həyatın müəyyən dövrlərində qorxu bilinməyən və ya tanış olmayan situasiyalara qarşı təbii reaksiyadır. 


Lakin, zaman keçdikcə uşaqların təhlükə yaradacaq  vəziyyətlərlə başa gəlməsi üçün  müxtəlif bacarıqları inkişaf edir. Yalnız bəziləri obsesif şəkildə qorxu hissləri keçirirlər və zamanla bu daha da şiddətlənir (məsələn itlərdən qorxu, qaranlıqdan qorxu və s.) Bütün uşaqlar qorxularını idarə etməyi bacarmalıdırlar, əsaən də bu qorxular onların həyatında maneələr yaradırsa.


Sizin övladınız da tez-tez  qorxu hissini  keçirirsə səbəblari aşağıdakılar ola bilər


Təxəyyülü inkişaf edib

Zəif sinir sisteminə malikdir, həssasdır

Hər hansı bir hadisə nəticəsində onun təhlükəsizliyi pozulub, psixoloji travma alıb, ailəsində və ya çevrəsində itki, ağır xəstəlik, və ya başqa səbəbi ona başa salınmayan hadisə yaşanib

Böyüklər uşağa hiperhimayə göstərirlər, ona hər hansı iş və ya vəziyyətlə sərbəst başa gəlməsinə imkan yaradmırlar, o öz gücündə əmin deyil və tamamən böyüklərdən asılıdır

Onu yaşadığı qorxulara görə cəzalandırır və ya günahlandırırlar

Uşaqlar əsasən qorxurlar.


Yaxınların itkisindən (əsasən ananın), öz ölümlərindən, xəstəlikdən, qaranlıqdan, heyvanlardan, yatmaqdan,  izahı olmayan hadisələrdən (ruhlar, yad planetlilər, səslər, kölgələr, canlanan oyuncaqlar və s.), nağıl qəhrəmanlarından, dəyişikliklərdən, gələcək hadisələrdən, yeni fəaliyyətdən, tanımadıqları insanlardan, digər uşaq və böyüklər tərəfindən göstərilən agressiyadan, - bütün onlara təhlükə yarada biləcəyini düşündükləri hallardan


Uşaqların qorxularının yaş spesifikası mövcuddur. 2-3 yaşlarında uşaq ağrıdan, cəzalandırılmaqdan (məsələn həkimdə olarkən), yüksək səslərdən, qapalı məkandan, yalnızlıqdan, və əsasən da qaranlıqdan qorxur. 3-4 yaşlarında isə onların fantaziyalarının inkişafı ilə bağlı qorxular yaranır (məsələn nağıl qəhrəmanları). 6-7 yaşlarında (bəzən də daha tez) ölümdən qorxu daha çox yaranır.


Böyüklərə bunları bilmək vacibdir


Uşaq qorxuları normaldır və əksər hallarda qaçılmazdırlar. Çünki uşaqlar özlərini böyüklərlə müqaisədə balaca və gücsüz hiss edirlər.

Qorxu real və ya potensial təhlükəyə qarşı sağlam reaksiyadır. Qorxu subyektivdir. Əgər siz müəyyən bir haldan qorxmursunuzsa bu sizin yanınızdakının da bu haldan qorxmamalı olduğu anlamına gəlmir.

5-6 yaşdan başlayaraq uşaqlar ölüm mövzusunu dərk etməyə və bu haqda daha çox düşünməyə başlayırlar. Bu onlar üçün təbii  bir haldır.

Uşaq qorxularına necə  reaksiya göstərməli


Onları məntiqi yollarla başa salıb və qorxmamaq lazım olduğunu deməyin. O artıq qorxur və məntiqiniz ona kömək etməyəcək. « Mən səninləyəm» desəniz ona daha çox yardım etmiş olacaqsınız. Qorxuları daha yumuşaq şəkildə qarşılamaq, qəbul etmək, uşağı dəstəkləmək  və anlamağa çalışmaq, ona


Uşağı qorxuya görə danlayırsınızsa o özgüvənini itirərək özünü daha gücsüz və pis hiss edəcək. Danlayaraq onu qorxudan azad etməyəcəksiniz, əksinə gələn dəfə artıq qorxularını sizinlə bölüşməcək və içində yaşayaraq daha da böyüdəcək.

Bir mənə bax – mən heç qorxuram?! Deməyin heç bir xeyri yoxdur. Siz yetkin, böyük və güclüsünüz. Sizin üçün qorxmamaq çox asandır. Uşaq isə sizdən dəfələrlə balaca və gücsüz olduğunu anlayır.  Mən qorxmuram kəliməsini, sən daha zəifsən mənasında deyil, lakin mən səni qoruya bilərəm mənasında işlədə bilərsiniz. Qorxunu yalnız yaşayaraq onu fəth etmək mümkündür, iradə yolu ilə bu mümkünsüzdür. Bunu isə öz içində və ya başqa bir kəsdə dayaq hiss etdikdə yaşamaq mümkündür.

Uşağı qorxuya gətirən mövzulardan qaçmağa ehtiyac yoxdur. Əgər o sizinlə öz qorxusu haqqında danışmaq istəyirsə onu dinləyin. Qətiyyən onu qorxularına gülməyin. Bu zaman o özünə qapanıb qorxusu ilə başbaşa qala bilər. Qorxu haqqında danışmaq onun təsir gücünü  xeyli azaldır.

Uşaqlara tez-tez qorxularının rəsmini çəkir və ya canlandırırlar. Oyun və rəsm onların təxəyyülündə olan reallığı yaşamağa kömək edir, yaşadıqlarına emosional şəkildə reaksiya göstərirlər. Bu prosesə uşaq sizi dəvət etmədiyi müddətdə müdaxilə etməyin.

Onlarda qorxularını sizinlə bölüşmək istəyi varsa bu qorxunu plastelindən düzəltməklərini, onunla söhbət etməyini və ya onun haqqında xoşbəxt sonluqlu nağıl yazmaqlarını istəyə bilərsiniz.

Gecə qorxuları yaşandığı zaman yatmadan öncə müxtəlif  sakitləşdirici rituallardan istifadə edə bilərsiniz. Göstərdiyiniz sakit, mülayim,  münasibət uşaqlara hüzurla yatmağa kömək edə bilər.

Ən gözəl təsir göstərəcək yol onlar qorxu yaşadıqları zaman yanlarında olmaqdır. Nə üçün qorxduqları, nə baş verə biləcəyi haqda suallar verə bilərsiniz, birlikdə çıxış yolu düşünə bilərsiniz.

Evdə və sinifdə elə bir şərait yaratmaq vacibdir ki uşaqlar özlərini təhlükəsizlikdə hiss etsinlər.  Güvənə biləcəyi böyükləri yanında hiss etmək onlar üçün ən vacib müdafiyədir.

Psixoloqa müraciət etmək vacibdir , əgər...


Uşaqda eyni xarakterli qorxular təkrarlanırsa

Siz onunla qorxulardan və ya ölümdən necə danışacağınızı bilmirsinizsə

Uşaqda hər hansı aldığı bir psixoloji travma nəticəsində təhlükəsizliyi ilə əlaqələnən davranış dəyişikliyi müşahidə olunur

Ailədə uşağa başa salmaqda çətinlik çəkdiyiniz itki vəya digər hallar baş verib




Загрузка...
Həmçinin oxuyun:
Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşağınız qaranlıqdan qorxursa... -PSİXOLOQ TÖVSİYƏSİ

Uşağınız qaranlıqdan qorxursa... -PSİXOLOQ TÖVSİYƏSİ

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ

Uşaq qaranlıqdan qorxursa, onunla necə davranaq? - PSİXOLOQ TÖVSİYƏSİ

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı