AzTehsil.com


Xəbərlər / Müəllim
22 dekabr 2022
2 048


Müəllim həm də metodist kimi əlavə əmək haqqını nə zaman və necə alacaq?-TƏHLİL




Allah kompüteri kəşf edənın, internet şəbəkəsini yaradanların atasına rəhmət eləsin. Saatlarla kompüter qarşısında günümüzü keçirərək hansı ölkədə nə baş verdiyindən, hətta kimin belə nə dediyindən və etdiyindən dərhal xəbər tuturuq, dünyada gedən proseslərə anındaca münasibət bildiririk, əməllərimizdə onu bu və ya digər şəkildə təqlid edirik.

Son zamanlar təhsilimiz xarici texnologiya və innovasiyalardan o qədər təcrübə idxal edib ki, hətta təhsilin hansı formasını seçəcəyimizlə bağlı çaşıb qalmışıq.

Fərdi təhsil, fasiləsiz təhsil, formal təhsil, açıq tipli təhsil, əlavə təhsil, elitar təhsil, distant təhsil, informal təhsil, öz-özünə təhsil, sərbəst təhsil, valeoqolik təhsil-bunlar hələ hamısı deyil. Digər tərəfdən müəllimlərə köməkçi verilməsi, məktəb direktorlarının idarəetmə prosesində menecer xidmətinə ehtiyaclarının olması, metodistlərin mentorlarla əvəzlənməsi, şagirdlərə ev tapşırığının qadağan edilməsi və ya kompüter vasitəsilə icra olunmasl, əllə yazının ləğv edilməsi və digər bu kimi təklif və təşəbbüslərin nə intervalı nə də ki, limiti var. Gətirdiyimiz yeganə arqument də ondan ibarətdir ki, dünyanın filan ölkəsində belə bir çey var.

Gəlin, hələ bir baxaq görək bu mentorluq deyilən şey nədir, kimlər mentor ola bilər? Sən demə yunan mifiologiyasından götürülmüş, 17-ci əsrin sonlarından bir termin kimi ışlədilən bu ifadə daha təcrübəli və ya daha çox bilikli bir adamın nisbətən az təcrübəli və ya az bilikli bir adama bələdçilik etməsi üçün yradılmış şəxsi inkişaf əlaqəsidir və dünyanın bir çox ölkələrində belə qənaətə gəlinib ki, əgər yaxşı müəllim yetişdirmək istəyirsinizsə, sizin onlarla birgə işləyən yaxşı mentorlara ehtiyacınız var.


 Kəsəsi, mentor müəllimə ən müasir məslələrdə metodik dəstək ola bilən təhsil işçisidir. Mentorlar bir sıra ehtiyacların qarşılanmasında mühüm rol oynaya bilərlər. Onlar katalizator rolu oynayaraq uğurlu əməkdaşlıq strukturu təmin etmək bacarığına nail olurlar.


Bu mentorluq ideyası mənə sanki, “özümüzə umac ova bilmirik, başqasına əriştə kəsirik” el məsəlini xatırlatdı. Guya, müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması, mentorların onlara dəstək göstərməsi, iş prosesi zamanı onlara baş çəkməsi, əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə perspektivləri təmin edəcək. Halbuki, müəllimlərin tədris prosesində təlimdən əldə etdikləri bilik və bacarıqların tətbiqində bir çox problem və çətinliklərlə qarşılaşmasını qarşılamaq üçün ölkəmizdə uzun illərdən bəri metodist institutu formalaşdırılıb və bu metodistlərin Respublikamızda sayılıb-seçilən müəllim ordusunun yetışməsində əvəzsiz xidmətləri də danılmazdır.


Uzun illərdən bəri Respublikanın bütün şəhər və rayonunda təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlər, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəz fəaliyyət göstərib.


 Bu metodik kabinetlər və Metodik Mərkəzdə 700-dən artıq metodist və 100-dən artıq texniki işçı calışıb. Bir vaxtlar “öyrədənlər” adlandırılan metodistlərin günahı nə oldu ki, birdə-birə onların tədqiqatçılıq, yaradıcılıq, istiqamətvericilik fəaliyyətini məhdudlaşdırdılar, “inspektor”ları “məsləhətçi”yə çevirərək məsləhət verməli olanları məsləhət vermək hüququndan məhrum etdilər. Məktəblər metodistlərin üzünə qapadıldı.


Metodik kabinetlərə və Metodik Mərkəzə bir növ “cərimə batalyonu” kimi baxıldı.Təhsildə “başdan edilməli” kateqoriyasına daxil edilənlər 0,5 və hətta 0,25 ştat vahidi ilə bu mərkəzlərdə yerləşdirildi. Yalnız müəyyən “imtiyazları” olan metotodistlərin kiçık bir qismı məktəblərdə yarım stavka dərslə təmin olunmaq şərəfinə nail ola bildi. ”Qara məni basınca, qoy qaranı mən basım “ prinsipi ilə “Metodiki işin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında “ imitasiya xarakterli kolleqiya iclası isə xatirədən başqa bir işə yaramadı.


Halbuki, xüsusilə müəllim peşəsi üçün son dərəcə zəruri olan metodik xidmətin təşkili sahəsində mövcud təcrübəyə əsaslanaraq zamanın tələblərinə cavab verə biləcək, nisbətən məqbul variantın müəyyənləşdirilməsinə, metodik xidmətin səmərəli təşkili üçün yeni mexanizmlərin işlənib hazırlanmasına, metodik xidmət sahəsinin normativ-hüquqi bazasının yaradılması, bu qurumların ixtisaslı, yaradıcı, peşəkar kadrlarla möhkəmləndirilməsinə, metodiki sahəyə diqqət və qayğının gücləndirilməsinə ehtiyac duyulurdu.


Əgər, dünya təcrübəsinə istinad ediriksə, metodiki xidmət bütün ölkələrdə bu və ya digər formalarda tətbiq edilib və edilməkdədir. Deyək ki, məsələn ABŞ və Avstraliyada Kurikulum Departamentləri, Hollandiyada Qiymətləndirmə Mərkəzləri, qonşu Türkiyədə Təlim və Tərbiyə Qurumları, Litvada Təlimin İnkişaf Mərkəzləri, Gürcüstanda Resurs Mərkəzləri və s. bilavasitə ölkə və şəhər səviyyəsində metodiki xidmətin təmin olunmasına yönəlmişdir. Bizdə də bir vaxtlar “müəllimlərin müəllimi” adlandırdığımız, metodist müəllimlər, hətta böyük hörmət və nüfuza malik ştatdankənar metodistlər olub. Yenidənqurma fəaliyyətimiz nəticəsində həm metodistdən, həm də mentordan məhrum olduq.


Qayıdaq nəyin birinci olması məsələsinə.Təhsilimiz aşağıdan zəif gəlir, yoxsa yuxarıdan zəif gələnlər aşağidakıları zəifləşdirir? Başqa sözlə, daha dəqiq desək keyfiyyətlə bağlı təhsilimizə problem yaradan zəif müəllimlərdir, yoxsa zəif yetşən şagirdlər? Məntiqə görə nəzərə alsaq ki, şagirdləri yetişdirən bilavasitə müəllimdir, və mülimlərimizi ustadımız kimi qəbul edirik, deməli müəllimdən nəsə ummağa haqqımız var. Bu mənada müəllimin hazırlıq səviyyəsi onun simasnı müəyyən edir. Deməli, müəllimə daim xidmət göstərilməli və xidmətləri müqabilində qiymət verilməlidir. İstəyiriksə bunu metodiki xidmət adlandıraq, istəyiriksə mentorluq xidmətı. Adın nə fərqi var ki...


Bəlkə, hesab edirik ki, heç bu quruma elə də bir ehtiyac yoxdur? Nə də olmasa kompüter əsrində yaşayırıq. Müəllimlərimiz özünütəhsil yolu ilə virtual aləmdən yararlanaraq, təlimlərə, kurslara, treninqlərə cəlb olunmaqla da öz metodiki hazırlıqlarını təmin edə bilər, nəzəri və praktik biliklərə yiyələnərlər. Elə isə, təhsilin idarəetmə sistemində xüsisi çəkiyə malik olan bu strukturu niyə saxlayırıq? Suallar çoxdur, cavab verən isə hələ ki yox.


 Bütün bunlar nədən yadıma düşdü? Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib ki, “bölgülər olacaq və ona uyğun da əməkhaqqı artırıla bilər. Yəni müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”.


Nə deyirik, əgər ömür vəfa etsə, bəlkə bu ideyanın reallaşdığını görə bildik. Əsas odur ki, nazir tərəfindən sertifikasiya imtahanları nəticəsində bir sıra islahatlar həyata keçiriləcəyi barədə mesaj verilib.


Eyni zamanda, sertifikasiya yekunlaşandan sonra təhsil işçilərinin digər bacarıqlarının yoxlanılmasına fokuslanacağımızı bildirib.  Atalarımız demiş, təki “Gec olsun, güc olsun”


 Nadir İsrafilov

Təhsil məsələləri üzrə mütəxəssis




Загрузка...
Həmçinin oxuyun:
Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Metodbirləşmələr

Metodbirləşmələr

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?