AzTehsil.com


Xəbərlər / Müəllim / Valideyn
15 avqust 2022
1 236


Məktəbli formalarının qiyməti necə olacaq? – BTE-dən 39 manat ajiotajına CAVAB - FOTO




Yeni məktəbli formalarının qiymətləri ilə bağlı müzakirələr davam edir. Son olaraq  formaların bir dəstinin qiymətinin 39 manat olacağı barədə məlumat yayıldı.


“Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov isə Oxu.Az-a açıqlamasında məktəbli formalarının qiymətinin hələ tənzimlənmədiyini diqqətə çatdırıb:


“Jurnalist sual verdi ki, qiymət hansı aralıqda ola bilər? Mən də təxmini bir şey dedim. Maraqlanırlar deyə artıq bir rəqəm deməli olursan. İnsanlar, gərək, bir-birlərini başa düşsünlər. Burada böyük sirr yoxdur axı. Onsuz da, qiymətlər çərşənbə günü açıqlanacaq. Bir az səbirli olmaq lazımdır.



Avqustun 17-si açılış olacaq, real qiymət həmin vaxt göstəriləcək. Hazırda hesablamalar aparılır. Çünki şalvar və ətəklərin 60 faizi yundan ibarətdir. Yun parça isə çox bahadır. Biz satış qiyməti ilə parça qiymətinə baxdıqda görürük ki, havayı işləyirik, hətta zərərə gedirik. Ona görə də işdən zərərsiz çıxmaq üçün qiymətləri tənzimləyirik”.


Qurum rəsmisi formaların dəst satılacağı barədə məlumatın da yalan olduğunu vurğulayıb:


“Formalar dəst satılmalıdır deyə bir şey yoxdur. Ola bilsin ki, kimsə köynək alıb, onu keçən ildən qalan şalvarı ilə geyinəcək. Əgər şalvarı təzə qalıbsa, yenisini almağa ehtiyac olmayacaq. Çünki ötənilki ilə eyni rəngdədir, sadəcə parça bu il yundandır.


Ətəklər isə fərqlidir, yenisini almalıdırlar. Yayılan şayiələrə görə camaat qorxuya düşür, düşünürlər ki, formanın hamısını birdən necə alacaqlar. Ajiotaj yaratmaq lazım deyil. Hələ ki imkanları daxilində yay formasını alarlar, payızda da jaket, qızlar üçün şalvar, uzunqol köynək, gödəkcə alınar.  Bunların hamısı birdəfəlik alınmalıdır deyə bir şey yoxdur”.


Həmsöhbətimiz sadəcə 1-4-cü siniflər üçün geyimlərin satışa çıxarılacağını qeyd edib:


“Formaların bəziləri satışa çıxarılacaq, bəziləri yox, çünki çatdıra bilməmişik. Belə ki, hazırda 1-4-cü siniflərin formalarının satışı nəzərdə tutulur. Nazirlik də belə qərara gəlib ki, əvvəl ibtidai sinif şagirdləri geyimlə təmin olunsunlar.


Kimlərin əvvəlki ildən forması varsa, hələ ki onu geyinə bilərlər. Məcburiyyət və qadağa yoxdur. Yəni heç kimə “Bu formanı geyinmə” deyilməyəcək. Hələlik könüllülük prinsipi aparıcı olacaq.


Çoxuşaqlı ailələr üçün endirim məsələsinə gəldikdə isə Təhsil Nazirliyi və başqa dövlət qurumları onlarla bağlı güzəştlər edirlər. Biz edə bilmirik, çünki parçanı çətinliklə gətiririk, qiymətlər böyük bir fərqlə müəyyənləşdirilmir. Yəni bu mənə aid bir məsələ deyil, güzəşt edilib-edilməyəcəyini müdiriyyət bilər”.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Təhsil ictimaiyyətindən ETİRAZ

Təhsil ictimaiyyətindən ETİRAZ

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Azərbaycanda İlaxır çərşənbə qeyd edilir

Azərbaycanda İlaxır çərşənbə qeyd edilir

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.