2022-2023-cü tədris ili üçün tətil günləri müəyyənləşib
Məktəblilərin 2022-2023-cü tədris ili üçün tətil günləri müəyyənləşib.
“Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri”ndə öz əksini tapıb.
Əmrə əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ili iki yarımilə bölünür:
– birinci yarımil – 15 sentyabr – 26 yanvar;
– ikinci yarımil – 1 fevral – 14 iyun.
Dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.