Ali təhsil sistemini kim, nə vaxt dəyişdirəcək?-İlham Əhmədov
Bu yaxınlarda tədbirlərin birində DİM sədri hökumətə səsləndi: “Ali təhsil sistemi dəyişməlidir”.
Maraqlıdır. Bu təklifi niyə TN yox, DİM səsləndirir?
Çünki, TN faktiki olaraq 30 ildir ki, orta məktəblərlə məşğuldur, reallıqda Maarif Nazirliyi formatında fəaliyyət göstərir. Ali təhsil müəssisələri, universitetlər sanki "başlı başını saxlasın" prinsipi ilə fəaliyyət göstərirlər. Görünür DİM ölkə təhsilində, xüsusən də ali təhsildə olan problemlərə biganə qala bilmir, bu problemləri yada salır, həyəcan təbili çalır, ideya verir.
DİM təklif edir ki, ali təhsil sistemində məzmun yenilənməlidir. ...
Ölkə universitetləri bakalavr pilləsində təxminən 600 ixtisas üzrə kadr hazırlayır. Burada 10.000-dən artıq fənn tədris edilir. TN orta məktəbdə tədris edilən 10-15 fənnin məzmunu 30 ildir hələ də formalaşdıra bilmir, ali təhsildəki 10.000-dən artıq fənnin məzmununu görəsən neçə ilə yeniləyə bilər?
Magistr pilləsində 100-dən artıq ixtisas üzrə 25 ildir hələ də təhsilin məzmununu formalaşdıra bilmirlər.
Bu işləri reallaşdırmaq çox böyük meqalayihədir. TN indiki struktur, infrastruktur və komanda ilə bu məsələni həll etməsi real görünmür.