Bu gün Yer kürəsinin yanından avtobus böyüklükdə asteroid keçəcək
Bu yaxınlarda elm adamları avtobus böyüklükdə asteroid aşkar ediblər. Həmin asteroidin bu gün, iyulun 7-də Yer kürəsinin yaxınlığından keçəcəyi gözlənilir.
Bu barədə “Science Alert” məlumat yayıb.
2022 NF adlandırılan asteroid planetimizdən cəmi 90 000 kilometr aralı keçəcək. Bu, Yerlə Ay arasındakı orta məsafənin təxminən 23%-ni təşkil edir.
Mənbə: UNİAN