AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
23 noyabr 2017
3 278


Valideynlər uşaqların suallarına cavab verə bilirmi? - Biliyin rolu



Psixoloqlar hesab edir ki, elementar elmi biliklərə sahib olmayan valideynlər uşaqların suallarına nə mötəbər cavab verə və nə də onların hər şeyi bilmək istəyini təmin edə bilər. Bununla belə, valideynlərin istənilən kitabxanadakı elmi-populyar kitablardan məlumat almaq imkanı vardır. Onlara müraciət etməklə, valideynlər öz uşaqlarının dünyagörüşünü genişləndirə və onlarda elmin müxtəlif sahələrinə maraq yarada bilərlər.

 

Aşağıda valideynlərə faydalı ola biləcək sadə və uşaqların başa düşəcək dildə yazılmış bir neçə tipik mətn verilmişdir.


Yer kürəsi


1. Yer – portağala və ya qarpıza oxşayan yumru səma cismidir. Səthinin dörddə üç hissə su, qalan hissəsi isə qurudur.

 

2. Yer həm öz oxu ətrafında, həm də Günəşin ətrafında fırlanır. Hər iki hərəkət eyni zamanda baş verir.

 

3. Yer öz oxu ətrafında tam dövrü 24 saat ərzində edir, bu gecə və gündüzün dəyişməsini təmin edir. Yerin öz oxu ətrafında bir tam dövrü sutka adlanır. Yer günəş ətrafında tam dövrü 365 gün, 6 saat, 45 dəqiqə və 48 saniyə ərzində edir və bu fəsillərin yaranmasının əsas səbəbidir. Yerin Günəş ətrafında tam dövrü il adlanır.

 

4. Maqnit metal əşyaları özünə cəzb etdiyi kimi, Yer müxtəlif obyektləri özünə cəzb edir. Ona görə də biz Yerin üstündə dayanırıq və kənara yıxılmırıq.

 

5.Yer çox böyük sürətlə hərəkət edir, lakin biz bunu hiss etmirik, necə ki, hərəkət edən gəmidəki sərnişinlər onun hərəkətini hiss etmirlər.

 

6. Bütün maye maddələr hər hansı maneəyə rast gəlib, onu dəyişdirənə kimi kürə formasında olur. Yağış damlaları və dolu yerə toxunana qədər kürə formasında olur. Günəş, Ay və ulduzlar kürə formasındadırlar.

 

7. Yerin kürə formasında olmasını sübut edən çoxlu sübutlar vardır. Onların bəzilərinin üzərində dayanaq:

 

a) limana yaxınlaşmaqda olan gəmini dəniz kənarından izləyən şəxs, əvvəlcə gəminin üst hissəsini, sonra tədricən qalan hissələrini görür;

b) gəmi limandan uzaqlaşanda da müşahidəçi onun tədricən gözdən itdiyini görəcəkdir. Əgər Yer kürə şəklində olmasa idi, nə qədər uzaq getməsindən asılı olmayaraq, gəmini güclü durbinlərlə görmək mümkün olardı. Lakin yer kürə şəklində olduğundan əvvəlcə onun gövdəsi, sonra isə dirəkləri gözdən itir;

c) gəmi sahilə yaxınlaşanda, sərnişinlər əvvəlcə şəhərin ən yüksək binalarının üst hissələrini müşahidə edirlər, bütün evləri onlar yalnız sahilə tam yaxınlaşanda görürlər;

ç) Yer günəş və ay arasında olanda günəş tutulması baş verir; bu zaman Yerin ayın üzərinə düşən kölgəsi dairəvi formada olur.

 

8. Yer Günəşdən 1300000 dəfə kiçik və aydan 50 dəfə böyükdür.

 

9. Əgər insan gündə eyni istiqamətdə 150 km yol qət edərsə, Yer kürəsini dövrə vurub 365 gündən sonra səfərə başladığı nöqtəyə gəlib çıxar.


Səma cisimləri


Səma cisimləri üç böyük qrupa bölünür: ulduzlar, planetlər və kometlər.


1. Ulduzlar öz işığını saçırlar və onların əlavə işıq mənbəyi yoxdur. Baxdığımız göydə ulduzlar arasında məsafə həmişə sabitdir. Aydın gecədə biz adi gözlə göydə 6 min ulduz saya bilərik. Lakin biz teleskopdan istifadə etsək, göydə ulduzların sayı minlərlə, milyonlarla olacaq və hər halda onları sayıb qurtarmaq mümkün olmaz.


2. Planetlər özünün deyil, günəşin onların üzərinə düşən şüalarını əks etdirirlər. Ona görə də onları aydın gecədə yaxşı görmək olur. Planetlər öz oxu və günəşin ətrafında hərəkət edirlər. Bizim günəş sistemində aşağıdakı palnetlər vardır: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun. Planetlərdən başqa, astronomlar çoxlu sayda asteroidlər və ya kiçik planetlər aşkar etmişlər. Əksər planetlərin ətraflarında hərəkət edən öz təbii peykləri, ayları vardır. Aşağıdakı planetlərin təbii peykləri vardır: Mars – 2, Yupiter – 67; Saturn – 62, Uran – 27, Neptun -14 və Yer – 1.


3. Kometlərin Yerlə oxşar cəhəti odur ki, onlar da Yer kimi günəşin şüularını əks etdirirlər. Onlar baş hissəsi gur və quyruq hissəsi zəif işıq saçan qaz buluduna bənzəyirlər. Vaxtaşırı onları qaranlıq səmada görmək mümkündür. Kometlər Kosmosun dərinliyindən gəlir, Günəşin yanından keçib, yenidən kosmosun dərinliyinə dönürlər.

Günəşin doğması və batması


1. Günəş külli miqdarda istilik və işıq verən kürəvi səma cismidir. Fikirləşmək olar ki, o, hər səhər şərqdə çıxır, üfüqü kəsərək qərbdə batır. Lakin bu belə deyildir; bu cür illuziyanı Yerin öz oxu ətrafında hərəkəti yaradır. Eynilə, gəmi limandan ayrılanda, onun sərnişinlərinə elə gəlir ki, gəmi limandan deyil, liman gəmidən uzaqlaşır.


2. Günəş öz oxu ətrafında 24 gün yarım tam dövrə vurur. Yerin Günəşə çevrilmiş hissəsini gündüz, əks tərəfini gecə adlandırırıq. Ona görə də Asiya və Avropada gündüz olanda, Şimali və Cənubi Amerikada gecədir. Amerikalılar yuxudan durub işə gedəndə, Asiya və Avropada yaşayanlar yatmağa hazırlaşırlar.


3. Günəş üfüq xəttinə enəndə deyirik ki, o, batır və üfüqün həmin hissəsi qərb adlanır. Yerin öz oxu ətrafında şərqdən qərbə iyirmi dörd saat ərzində dövr etməsini Günəşin şərqdən çıxıb qərbdə batması əsasında deyə bilərik.


4. Yer günəşdən 150 milyon kilometr məsafədə yerləşmişdir və günəşin şüaları yerə səkkiz dəqiqəyə çatır.


Ay


1. Ay da kürəvi səma cismidir. O, Yerin yeganə təbii peykidir. Ay özü işıq saçmır. İşığın bir hissəsi ona günəşdən düşür, lakin işığın böyük hissəsini o, Yerdən alır, bunu gecə vaxtı yaxşı görmək olur. Başqa planetlərlə müqayisədə Ay dəfələrlə kiçik olsa da, o çox böyük görünür, çünki o Yerə ən yaxın səma cismidir.


2. Ayda su, hava, həyat yoxdur, onun daşlı səthi çoxsaylı kraterlərlə örtülmüşdür.


3. Ay 27 gün 7 saat 43 dəqiqə 12 saniyə ərzində Yerin ətrafında tam dövrə vurur və Yerlə birlikdə bir il ərzində Günəşin ətrafında tam dövrə vurur.


4. Günəş və ay tutulmaları da Ayın hərəkəti ilə əlaqədardır. Yer bədrlənmiş ay səhifəsində Günəşlə Ay arasında duranda, günəş şüaları aya düşmür, çünki o, yerin kölgəsində dayanmış olur. Bu hadisə ay tutulması adlanır. Ay Yerlə günəş arasında duranda, bu dəfə yer Ayın saldığı kölgəyə düşmüş olur. Həmin anlarda günəş tutulması baş verir. Günəş tutulması tam və qismən ola bilər. Tam günəş tutulmasında Ay günəşdən gələn şüaların hamısının qarşısını kəsir, qismən günəş tutulmasında isə günəş şüalarının bir hissəsi yerə çatır. Öz növbəsində əgər yer Ayı günəş şüalarından tamamilə bağlayırsa, tam ay tutulması müşahidə edilir, əgər günəş şüalarının bir hissəsi hər halda ayın səthinə çatırsa, bu hadisə qismən ay tutulması adlanır.


Hava və atmosfer


1. Atmosfer – təmiz və yüngül substansiyadır. Atmosferi təşkil edən hissəciklər kiçik olduğundan onları adi gözlə görmək mümkün deyildir. Bununla belə, atmosferin çoxlu sayda qatları mavi rəngdə görünə bilər. Məsələn, otaqda bizi əhatə edən havanı görmürük, lakin göyə baxanda mavi göy qübbəsini görürük. Bu qübbə bir-birinin üzərində yerləşmiş atmosfer qatlarından ibarətdir.


2. Hava, insan da daxil olmaqla bütün canlıların yaşaması üçün vacibdir. Qarpızın qabığı onun yeyilən hissəsini örtdüyü kimi, yerin hava təbəqəsi olan atmosfer də yer kürəsini əhatə edir.


3. Bulud, duman, qar, dolu, külək, şimşək və ildırım – bütün bunlar havada yaranan atmosfer hadisələridir.


Bulud. Günəşin istiliyinin təsiri altında okean, dəniz, göl və çaylarda suyun bir hissəsi buxarlanaraq, şəffaf görünməz buxara çevrilir. Su buxarı havadan yüngül olduğuna görə, müəyyən yüksəkliyə qədər qalxır, soyuyur, sıxlaşır və buluda çevrilir. Beləliklə, bulud – havada olan buxarın kondensasiya və sıxlaşmasının nəticəsidir.


Duman. İsti gündən sonra suyun səthində çoxlu su buxarı toplanır. Atmosferin üst qatlarına qalxa bilməyən bu qalın buxar qatı duman adlanır.

Yağış. Buludu yaradan buxar kondensatı su damcılarını yaradır. Onlar bir-biri ilə birləşərək iriləşir, ağırlaşır və yerə düşür. Bu damcılar yağış adlanır.


Qar və dolu. Buludlarda kondensasiya olunmuş buxar havanın soyuq qatları ilə toqquşanda donur və donmuş damcılar yerə qar və dolu şəklində düşür.


Külək. Hava atmosferin müxtəlif qatlarında paylandığına görə, bu qatlarda temperatur fərqləri Yerin səthində havanın hərəkətini – küləyi yaradır. Hərəkət zəifdirsə, biz yüngül briz hiss edirik. Onun sürəti intensivdirsə və böyük hava kütləsi hərəkətə gəlirsə, onda biz ona qasırğa deyirik.


İldırım və göy gurultusu. İki qat buludların birgə hərəkəti zamanı statik elektrik yaranır və buludlar elektrik yükü əldə edir. Biri müsbət, digəri mənfi yüklə yüklənmiş iki bulud yanaşı duranda onlar arasında elektrik boşalması – ildırım yaranır, elektirk boşalmasını müşayiət edən səs hadisəsi isə göy gurultusu adlanır. Boşalma buludlar və yer arasında baş verəndə, o, ağacları yıxır və yandırır, evləri uçurur.




Загрузка...
Həmçinin oxuyun:
Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Dünyanın əslində düz olduğunu ciddi şəkildə sübut etməyə çalışan qəribə faktlar

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

İlk dərs günü üçün HAVA PROQNOZU

İlk dərs günü üçün HAVA PROQNOZU

COĞRAFIYADAN  25   TEST

COĞRAFIYADAN 25 TEST

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Azərbaycanlı astroloq: "Qiyamətin tarixi və günü bəllidir"

Azərbaycanlı astroloq: "Qiyamətin tarixi və günü bəllidir"

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ

UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Nar qabıqlarını atmayın – MÜALİCƏVİ ÇAY

Nar qabıqlarını atmayın – MÜALİCƏVİ ÇAY

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Su və havadan 3D obyektlər çap etmək mümkün olacaq

Su və havadan 3D obyektlər çap etmək mümkün olacaq

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Bu qidaları uşaqlarınıza verməyin- TƏHLÜKƏLİDİR

Bu qidaları uşaqlarınıza verməyin- TƏHLÜKƏLİDİR

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

6 PEDAQOJİ MƏSLƏHƏT-  İNTİZAM VƏ QAYDA

6 PEDAQOJİ MƏSLƏHƏT- İNTİZAM VƏ QAYDA