Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Lənkəranda atalar və övladları üçün düşərgə təşkil edilib
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və "Forest School Azerbaijan"nın dəstəyi ilə 16-19 iyun tarixlərində Lənkəranda "Atalar və övladları üçün düşərgə" təşkil edilib. 50-dək gənc ata və övladının qatıldığı düşərgənin keçirilməsində əsas məqsəd atalar və övladları arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq və onların birgə faydalı, əyləncəli vaxt keçirməsinə şərait yaratmaqdan ibarət olub.
Düşərgə çərçivəsində atalar üçün ailə bağlarının gücləndirilməsinə, ailədaxili ünsiyyətin düzgün qurulmasına və istiqamətləndirilməsinə yönəlmiş təlimlər keçirilib, həmçinin övladları ilə ataların birgə fəaliyyətini nəzərdə tutan intellektual və əyləncəli oyunlar təşkil olunub.
Belə ki, düşərgə zamanı uşaqlar Forest School təhsil yanaşması və inkişaf istiqamətlərinə uyğun olaraq təbiətdə sağ qalmaq, çıxılmaz vəziyyətlərdə davranış, peşə bacaqları, təbiətdə STEAM, bionika, müxtəlif fiziki, emosional, psixoloji, sosial və intellektual fəaliyyətlərlə məşğul olublar. Atalar isə mütəxəssislər tərəfindən keçirilən “Seviginin 5 dili”, “Məsuliyyətli atalıq və onun funksiyaları”, “Qız övladını böyütməyin nümunələri, dərkolunması” ilə bağlı təlim sessiyalarına cəlb olunublar. Həmçinin iştirakçılar ata və övlad bağlarının refleksiyası ilə bağlı sorğularda iştirak edib, birgə zaman keçirmənin faydaları haqqında simulyativ sessiyalara, müxtəlif əyləncəli müsabiqə, oyun və fəaliyyətlərə qatılıblar.
Düşərgənin sonuncu günü iştirakçılar cənub bölgəsinin tarixi-mədəni abidələrinə, unikal təbii ərazilərinə səfər edib, bölgənin yerli xüsusiyyətləri ilə tanış olublar.
Qeyd etmək lazımdır ki, düşərgə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində həyata keçirilib.
Paytaxt təhsili 2021-ci təqvim ilində
Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib
Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?
Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi
Ünsiyyət nədir
Pedaqoji Lüğət
Peşə məktəbindən universitetə açılan qapı
Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları
Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə
Nümunəvi intizam qaydaları
Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası
Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)
"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi
Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri
Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri
Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev
Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu
Ailənin tərbiyə vəzifələri və imkanları haqqında
Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu