AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
17 iyun 2022
907


"Tutaq ki, “Yay düşərgələri” əlçatmaz olub, “Yay məktəbləri”nin təşkili ki, problem deyil..."




Əgər pandemiya olmasaydı, heç “Yay məktəbi“ də yada düşən deyildi.

 

Artıq xəbər verildiyi kimi, iyunun 16-dan 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” təşkil ediləcək. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək. “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması,  təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir. “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək. “Yay məktəbi”ndə iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) iyunun 13-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə regional təhsil idarələrinə müraciət edə bilərlər.

 

Məsələyə münasibət bildirən tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib ki, “Yay düşərgələri” əlçatmaz olub, “Yay məktəbləri”nin təşkili ki, problem deyil. Əgər pandemiya olmasaydı, bəlkə də heç “Yay məktəbi“ də yada düşən deyildi.

 

Yəqin ki, çoxları xatırlamamış deyillər ki, ötən il mövcud vəziyyətlə əlaqədar olaraq, tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratdığından Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilmiş. sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirmişdi. Belə ki, mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulumuşdu. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcəkdi. 

 

Mən hələ o vaxt məsələ ilə bağlı müsahibələrimin birində demişdim ki, yay məktəbinin təşkili ilə bağlı keçirilməli olan sorğunun nəticələrindən asılı olmayaraq belə məktəbin təşkili nəinki lazımdır, hətta vacibdir. Uzun müddətli pandemiya belə bir addımın atılmasını xüsusilə aktuallaşdırdı. Məktəbin ödənişsiz və könüllü əsasda təşkil olunması isə yəqin ki, çoxlarının ürəyincə olacaq. Kim istəməz ki, belə bir imkanın yaradılmasından lazımınca yararlanmasın və ya kim istəyər ki, pandemiyanın fəsadları üzündən bilik və bacarıqlarında yaranan boşluqları bərpa bərpa etmək fürsətini əldən versin.

 

Məktəbin vəzifəsi öz yetirmələrinə təkcə müəyyən bilik verməkdən ibarət deyil.  İl boyu davam edən gərgin tədris prosesindən sonra hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var.  Baxmayaraq ki, bir vaxtlar pioner düşərgələri adlandırılan kütləvi yay uşaq istirahət mərkəzlərinin fəaliyyətlərinin dayandırılmasından  müəyyən müddət keçib, bununla belə bu kimi düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır.

 

Orada şagirdlər özlərinə dost tapırdılar, qayıdandan sonra öz təəssüratlarını yoldaşları ilə bölüşürdülər, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli müəyyən düşərgələr təşkil olunurdu. Çünki, istirahət, kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri sosiallaşma ilə yanaşı, yüksək əhval-ruhiyyəyə, təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdən biridir.

 

Təhsil Nazirliyinin yay məktəbinin təşkili ilə bağlı bu təşəbbüsü, yaxın gələcəkdə bu istiqamətdə işlərin daha geniş miqyasda və daha əhatəli formatda davamı və inkişaf etdirilməsi üçün zəmin yaradar, gələcəkdə yay düşərgələrinin geniş miqyasda həyata keçirilməsinə stimul verə bilər. 




Загрузка...
Həmçinin oxuyun:
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” təşkil ediləcək

Ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi” təşkil ediləcək

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Bu gündən ümumi təhsil müəssisələrində yay məktəbi başlayır

Bu gündən ümumi təhsil müəssisələrində yay məktəbi başlayır

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müasir  və  ənənəvi dərsin  paradiqmaları- Abdulla Mehrabov

Müasir və ənənəvi dərsin paradiqmaları- Abdulla Mehrabov

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR

Metodbirləşmələr

Metodbirləşmələr

Məktəblilər üçün ekskursiyalar

Məktəblilər üçün ekskursiyalar

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti