Məktəblərdə dərsdinləmələr aparılıb - FOTOLAR
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) MDPİM məktəb əsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.
May ayı ərzində 18, 178 və 35 nömrəli tam orta məktəblərdə dərsdinləmələr aparılıb və dərsdinləmələrin nəticələrinə dair məktəb heyəti ilə birlikdə geniş müzakirələr təşkil edilib. Müzakirələr zamanı müşahidə olunan nöqsanlarla bağlı ilkin metodik tövsiyələr verilib və məktəb kollektivinin sualları cavablandırılıb.
Qeyd edək ki, adıçəkilən məktəblərdə aparılan dərsdinləmələrin nəticələrinə uyğun olaraq mütəmadi olaraq seminarların təşkili planlaşdırılır.