AzTehsil.com


Xəbərlər / Valideyn
01 may 2022
2 051


8-9-cu siniflər, qızlar artıq narkotik aludəçisinə çevrilirlər - TƏHLİL




Biz hər şeyi ailənin üstünə atırıq. Ailə bacarmırsa, bu məsələni özbaşına buraxmaq olmaz. Kostyum geyinib, qalstuk taxıb videolar təqdim etməklə də bunun qarşısını ala bilmərik. Yeniyetmələrlə ayrı-ayrılıqda öz dillərində söhbət edilməlidir.


Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.


“8-9-cu siniflər, qızlar artıq narkotik aludəçisinə çevrilirlər. Bəzən məktəblərin tualetlərində narkotik vasitələrin tapıldığını inkar edirlər. “Əvvəllər var idi, indi yoxdur” deyirlər. Biz ört-basdır etməklə məşğuluq. Amma gizlətməklə heç nəyə nail ola bilmərik. Gizlətdikcə bu bəla hamımıza təsir edəcək. Bilmək olmaz gələcəkdə kimin qapısını döyəcək. Bununla hamılıqla mübarizə aparmalıyıq”.


Bu fikirlər millət vəkili Fazil Mustafaya aiddir. Təkcə deputatın fikirləri deyil, ötəni ilin statistikası da “ağ ölüm”ün artıq azyaşlılara, yeniyetmələrə sirayət etməsini sübut edir.


Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Azərbaycanda narkotik istifadəçilərinin sayının artdığını vurğulayıb: “2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib”.


Statistikaya nəzər salsaq, görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.


Bakı Şəhər Narkoloji Mərkəzinin (BŞNM) direktoru Qalib Məmmədov “Kaspi”yə açıqlamasında bildirib ki, məktəblərdə narkotikdən istifadə halları, nadir də olsa, mövcuddur. 14-16 yaşlı yeniyetmələr arasında il ərzində BŞNM-nə 20-30 müraciət qeydə alınıb və bunlar, əsasən, oğlanlardır: “Konsultasiya üçün valideynlər azyaşlılarla birgə və ya yeniyetmələr özü müraciət edirlər. Valideynlər yeniyetmədə davranışın dəyişdiyini və şübhələndiklərini bildirirlər. Təəssüfedici məqam odur ki, valideynlərin əksəriyyəti bu halları gizlədir, həkimə müraciət etmirlər. Çünki narkotik maddələr və onların törətdiyi fəsadlar haqda məlumatsızdırlar”.


Narkomaniyanın yaşının azalması səbəblərinə gəldikdə, mütəxəssis vurğulayır ki, yeniyetmələri pis yola çəkmək daha asandır: “Narkotik maddələri əldə etmək asanlaşıb. Sosial şəbəkələrdə bu haqda reklamlar gedir. Müasir yeniyetmələr formalaşmamış psixika ilə düzgün məlumat əldə etmədiklərinə görə, onları bu yola çəkmək daha asan olur. Valideynlər kifayət qədər diqqətli olmalı, övladını izləməlidirlər. Narkotik maddələrdən istifadə zamanı başlanğıc dövrlərdə yeniyetmələrin həyat ritmi dəyişir, davranışlarında kəskin dəyişiklik, məktəbdə dərs buraxmaları müşahidə olunur. Dərslərə həvəs azalır, yalançılıq artır, heç bir aydınlıq gətirmədən evdən pul tələbləri artır. Valideynlər övladlarında davranış dəyişikliyi gördükdə bunu gizlətməməli, əksinə həkimə, psixoloqa müraciət etməlidirlər”.


Narkomaniya tək bizdə deyil, bütün dünyada əsas problemlərdən biridir. Əbəs yerə “21-ci əsrin bəlası” adlandırılmır. Maarifləndirmə aparılır, bukletlər paylanılır, videoçarxlar çəkilir. Lakin azalma müşahidə olunmur. Ölkədə narkotiklərə qarşı mübarizənin yeni mərhələsi başlanmalıdır. Bəs nə etməli? Hansı yeni metodlardan istifadə edilməlidir? Günahkar təkcə ailələrdir?


Narkoekspert Emil Maqalov deyir ki, heç bir ailə istəməz ki, övladı narkoman olsun. Bütün məsuliyyəti ailənin üstünə atmaq düzgün deyil: “Məktəblərdə psixoloq məsələsi ciddi problemdir. Hər 100 şagirddən birinə bir psixoloq verilməlidir. Biz hər şeyi ailənin üstünə atırıq. Ailə bacarmırsa, bu məsələni özbaşına buraxmaq olmaz. Kostyum geyinib, qalstuk taxıb videolar təqdim etməklə də bunun qarşısını ala bilmərik. Yeniyetmələrlə ayrı-ayrılıqda öz dillərində söhbət edilməlidir. Məktəblə valideyn əlaqəsi pozulub. Heç kim dərdini ictimailəşdirmək istəmir”.


Ekspertin sözlərinə görə, ölkədə bu bəladan xilas olmaq üçün müalicə müəssisələrinin sayı həddən artıq azdır: “Tutaq ki, şəxsin narkotik istifadəçisi olduğu aşkarlandı, amma bir problem var ki, müalicə lazım gəldikdə narkodispanserlərdə yer yoxdur. Bakıda 5000 narkoman varsa, 400 yerimiz var. Hara müalicəyə göndərək? Öncə bunu həll etməliyik. Narkotik istifadəçiləri dispanserdə müalicə aldıqdan sonra reabilitasiya mərkəzlərinə yönləndirilməlidir. Belə mərkəzlər var, amma özəl sektordadır, bahalıdır və hər kəsin buna imkanı çatmır. Ona görə də dispanserdə müalicə alanların çox az hissəsi asılılıq vəziyyətindən çıxa bilir, qalanları yenidən narkotik istifadəçisinə çevrilir”.


Ekspert vurğulayır ki, reabilitasiya mərkəzlərindəki xərcin, heç olmasa 50 faizini dövlət ödəməlidir: “Bəzi insanlar düşünür ki, çıxış yolu qanunları sərtləşdirməkdir. Bu, həll yolu deyil. Kubada ölüm hökmü var, amma ən çox da narkotik oradadır. İmkanı olmayanlar reabilitasiya mərkəzlərinə gedə bilmir. Xərclərin, heç olmasa 50 faizini dövlət ödəməlidir, 50 faizini də valideyn. Valideynlər uşaqda fərqli vəziyyət müşahidə edərsə, mütləq test etdirməlidirlər. Məsələn, insan qaşınır, onu yaralar basır, dişləri qaralır, tökülür, bir yerdə durmur, ağzına gələni danışır, gecələr yatmır, guya, kitab oxuyur, amma kitabı tərs tutur. Bunları müşahidə etdikdə, həkimə müraciət edin. Nə qədər tez bilsəniz, o qədər yaxşıdır”.




Загрузка...
Həmçinin oxuyun:
Fazil Mustafa: “Bəzən məktəblərin tualetlərində narkotik vasitələr tapıldığı deyiləndə inkar edirlər”

Fazil Mustafa: “Bəzən məktəblərin tualetlərində narkotik vasitələr tapıldığı deyiləndə inkar edirlər”

Kənar şəxslər məktəblərdə şagirdlərə narkotik satır - Şok iddia

Kənar şəxslər məktəblərdə şagirdlərə narkotik satır - Şok iddia

Təhsil müəssisələrində narkotik vasitə istifadəsinə dair AÇIQLAMA

Təhsil müəssisələrində narkotik vasitə istifadəsinə dair AÇIQLAMA

Nazirlikdən şagirdlərə narkotiklərin paylanılmasına CAVAB: Cəfəngiyyatdır

Nazirlikdən şagirdlərə narkotiklərin paylanılmasına CAVAB: Cəfəngiyyatdır

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA

Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA

"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ

"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ

Məktəbdə şagirdlərə narkotik vasitə təklif edilir? - DİN-dən REAKSİYA

Məktəbdə şagirdlərə narkotik vasitə təklif edilir? - DİN-dən REAKSİYA

Narkotik satan musiqi müəllimi həbs edildi

Narkotik satan musiqi müəllimi həbs edildi

Məktəblərin qarşısında şagirdlərə narkotik verilir? - DİN araşdırmalara başladı

Məktəblərin qarşısında şagirdlərə narkotik verilir? - DİN araşdırmalara başladı

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

Uşaq kitablarının içindən narkotik maddə və gizli sənədlər tapıldı

NADİR İSRAFİLOV : Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir.

NADİR İSRAFİLOV : Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir.

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

Bakıda şagirdlərə narkotik verilir? - İNSANLARI TƏŞVİŞƏ SALANLAR KİMDİR?

Uşaqlara bunları demək olmaz!

Uşaqlara bunları demək olmaz!

Dərs proqramı ağır, əyləncə yox: uşaqlar bezir...

Dərs proqramı ağır, əyləncə yox: uşaqlar bezir...

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Repetitorluq məktəb mühitini dağıdır - ETİRAZ

Repetitorluq məktəb mühitini dağıdır - ETİRAZ

"Hərbi dərslər birmənalı şəkildə bərpa olunmalıdır "-Nadir İsrafilov

"Hərbi dərslər birmənalı şəkildə bərpa olunmalıdır "-Nadir İsrafilov

"Bəzi həkim bandaları məktəbli qızların əxlaqsızlığa cəlb edilməsini təmin edirlər"

"Bəzi həkim bandaları məktəbli qızların əxlaqsızlığa cəlb edilməsini təmin edirlər"

LDU “Narkomaniyaya yox!” dedi

LDU “Narkomaniyaya yox!” dedi

Azərbaycanda kənd məktəblərində narkotik tapılıb? - AÇIQLAMA

Azərbaycanda kənd məktəblərində narkotik tapılıb? - AÇIQLAMA

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Britaniyada ibtidai sinif şagirdi narkotik alverinə görə saxlanılıb

Britaniyada ibtidai sinif şagirdi narkotik alverinə görə saxlanılıb

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…