AzTehsil.com


Xəbərlər / Müəllim
01 fevral 2022
3 921


NADİR İSRAFİLOV : Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir.




Son günlər məktəblərdə baş verən neqativ hadisələr hər kəsi məyus etməklə yanaşı, cəmiyyətdə haqlı narazılığa səbəb olur. Problemlərin həlli üçün müxtəlif təkliflər səsləndirilir. Bunlardan biri də bütün məktəblərin valideynlərin izləmək imkanına malik olan kameralar ilə təchiz etməkdir.


Bəs, kameraların quraşdırılması problemin həll yoludurmu? Bu, nə dərəcədə effektiv üsul sayılır?


Mövzu ilə bağlı Redaktor.az-ın suallarını təhsil eksperti Nadir İsrafilov cavablandırıb. O bildirib ki, məktəblərdə kameraların quraşdırılmasının əleyhinədir:


“Əvvəla bu özü xeyli vəsait tələb edən bir məsələdir. O vəsaiti daha faydalı və səmərəli işlərə xərcləyə bilərik. Digər tərəfdən neqativ hadisələrin çoxu kameraların olduğu məktəblərdə baş verir. Dərs prosesini kamera ilə izləmək, güdmək, müəllimin şəxsiyyətinə qarşı hörmətsizlikdir. Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir. Ümumiyətlə, məktəbdə kameralaşdırma, video çəkilişlər bizə faydadan çox zərər gətirir. Bunun üçün başqa metodlar var. Müəllimin dərsində iştirak etmək, açıq dərslər təşkil etməklə müəllimin təcrübəsini öyrənmək olar. Amma kameralar vasitəsilə dərsi izləmək müəllimə qarşı inamsızlıqdır. Hansısa müəllimi cəzalandırmaq çıxış yolu deyil. Bu hadisələrlə bağlı kifayət qədər cəza alan müəllim olub. Töhmət alan, vəzifəsini itirənlər də çox olub. Lakin təhsilin idarə olunması deyilən bir anlayış var. Təhsil idarə olunmalıdır. İdarəetmənin də dörd əsas forması var. Planlaşdırma, təşkil etmə, rəhbərlik və nəzarət. Son vaxtlar buraya tənzimlənmə və əlaqələndirmə də əlavə olunub. Yəni məktəb 6 formada idarə olunur. Lakin biz bu məsələləri lazımi qaydada planlaşdırırıqmı və ya planlaşdırılan işləri lazımi səviyyədə təşkil edirikmi? Təşkil olunan işlərə rəhbərlik nə dərəcədə həyata keçirilir. Buna nəzarət mexanizmi nə dərəcədə effekt verir. Yəni ən əsas məsələ idarəetmədə olan boşluqlardır. Ona görə də bu boşluqlar aradan qaldırılmalıdır. Cəmiyyət inkişaf etdikcə təhsil də inkişaf edir. Təhsilə yanaşma tərzi və baxış da dəyişməlidir”.


Ekspert qeyd edib ki, təhsil haqda qanunvericilikdə, şagirdin, valideynin, müəllimin hüquq və vəzifələri ayrılıqda qeyd olunub. Lakin bu maddələr bir az mücərrəd xarakter daşıyır: 


“Qanunvericiliyimizdə konkretlik yoxdur. Bəzi maddələrin işlək mexanizmi yoxdur. Ona görə də bu kimi hallar baş verir. Artıq Təhsil Nazirliyi bununla bağlı hərəkətə keçib. Müəllim-şagird münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır. Məktəblilərin psixoloji pasportunun hazırlanması məsələsi gündəmə gəlib. Məktəbə telefonla gəlməklə bağlı qaydalar işləniləcək. On illərdir bu məsələ müzakirə obyektindədir. Nəyə görə biz hansısa idarəyə, təşkilata gedəndə telefona qadağa qoyulur, amma şagird sərbəst şəkildə məktəbə telefonla daxil ola bilir. Telefon çəkiliş üçün deyil. Əksinə uşaqların dərsdən fikirlərini yayındırır. Bəzi məktəblərdə şagirdlər məktəbə daxil olanda giriş qapısında telefonlar yığışdırılır, dərsdən çxıanda geri qaytarılır. Lakin cəmi 5-6 məkəbdə bu qayda tətbiq olunur. Əslində bu bütün respublika məktəblərinə şamil oluna bilər. Ona görə də hesab edirəm ki, cəzalandırma çıxış yolu deyil. Hər hansı bir hadisə, fakt öz qiymətini almalıdır. Kimsə düşünür ki, müəllimə töhmət vermək olmaz. Niyə? Hamı kimi müəllimin də qanunvericilik qarşısında məsuliyyəti var. Lakin bəzi məsələləri belə ictimailəşdirmək, böyütmək, müəllimlərin üstünə bu formada getmək düzgün deyil. Təhsilə dair dövlət strategiyasında müəllimin nüfuzunun qaldırılması məsələsi qoyulub. Hansısa müəllimin rüşvət almasını, şagirdə fiziki zorakılıq tətbiq etməsini hamıya aid etmək, ümumiləşdirmək olmaz. Bu kimi ümumiləşdirmələr müəllimin də, məktəbin də, cəmiyyətin də nüfuzunu aşağı salır”.


N.İsrafilov əlavə edib ki, buna görə də təhsil qanunvericiliyinə dəyişikliklər edilməlidir:


“Vaxtilə biz məktəbi məbədgah, müəllimi ən müqəddəs şəxs hesab edirdik. İndi isə vəziyyət dəyişib. Ona görə də bəzi məsələlər ictimailəşdirilərkən ümumiləşdirmə aparmaq olmaz. Hansısa hadisəyə hüquqi qiymət verilmədən ümumi nəticəyə gələ bilmərik. Qanunvericiliyimizə bəzi dəyişikliklər edilməli, işlək mexanizmlər yaradılmalıdır. Elə qanunlar var ki, onun maddələri söz yığını kimi sənəddə qalıb. Hesab edirəm ki, təhsil qanunvericiliyində konkret məsələlər öz əksini tapmalıdır”.




Загрузка...
Həmçinin oxuyun:
Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA

Məktəblərin ayaqyolusunda xadimələr şprislər, falqalar, iynələr tapır? - AÇIQLAMA

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Nazir son günlər məktəblərdə baş verən neqativ hallardan DANIŞDI

Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.

Məktəbdə baş verən son intihar hadisəsi üzücü olduğu qədər də təəssüfləndiricidir.

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Nadir İsrafilov: Müəllimi cəzalandırmaq yaranmış vəziyyətdən çıxış yolu deyil.

Nadir İsrafilov: Müəllimi cəzalandırmaq yaranmış vəziyyətdən çıxış yolu deyil.

Şagirdlər məktəbdə maska taxacaq? - RƏSMİ AÇIQLAMA

Şagirdlər məktəbdə maska taxacaq? - RƏSMİ AÇIQLAMA

EKSPERT RƏYİ-Hələlik vəziyyət o dərəcədə kritik deyil.

EKSPERT RƏYİ-Hələlik vəziyyət o dərəcədə kritik deyil.

Məktəblərdə riyaziyyat dərnəkləri üçün vəsait çap olundu

Məktəblərdə riyaziyyat dərnəkləri üçün vəsait çap olundu

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov

Müəllim oxuya da bilər, rəqs də edər, digər əyləncələrə də baş vura bilər-Nadir İsrafilov

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi

Nadir İsrafilov: Mən bu  barədə nə danışmaq istəyirəm nə də eşitmək.

Nadir İsrafilov: Mən bu barədə nə danışmaq istəyirəm nə də eşitmək.

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

“Baş verənlər təkcə təhsilin problemi deyil”-AÇIQLAMA

Paradı canlı izləmək mümkün olacaq? - AÇIQLAMA

Paradı canlı izləmək mümkün olacaq? - AÇIQLAMA

“Lazım olan nə varsa – bunu, buna səlahiyyəti olanlar edib, bundan sonra da edəcək…”

“Lazım olan nə varsa – bunu, buna səlahiyyəti olanlar edib, bundan sonra da edəcək…”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

Nadir İsrafilov: “Təhsilimizin ən çox dəyişikliklərə məruz qalan sahələrindən biri də…”

Nadir İsrafilov: “Təhsilimizin ən çox dəyişikliklərə məruz qalan sahələrindən biri də…”

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov

“Bir neçə məktəb direktorunun işi məhkəmədədir”

“Bir neçə məktəb direktorunun işi məhkəmədədir”

45 dəqiqədə 45 şagirdə nə dərs keçmək olar? – Məktəblərdə SIXLIQ PROBLEMİ

45 dəqiqədə 45 şagirdə nə dərs keçmək olar? – Məktəblərdə SIXLIQ PROBLEMİ

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”