Təhsil İnstitutunda dərsliklər müzakirə olunub
Təhsil İnstitutu və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə görüşlər çərçivəsində dərsliklərin müzakirəsi keçirilib.
İnstitutdan bildirilib ki, giriş nitqi ilə çıxış edən İctimai Şuranın sədri Günel Səfərova tədbirin mahiyyəti barədə məlumat verib.
Tədbirdə təhsil nazirinin müşaviri Elnur Nəsibov ekspertlərin fikirlərinin dərsliklər haqqında müzakirələrə müsbət fayda verəcəyini bildirib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurum tərəfindən dərsliklərlə bağlı görülən işlərdən söz açıb, məqsədlərdən birinin də müəlliflərin yetişdirilməsi olduğunu qeyd edib.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə dərsliklərin keyfiyyətindən, dərslik ekspertizası və ictimai müzakirələrin təşkilindən, həmçinin elektron dərsliklər haqqında danışıb. Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev artıq müəllif komandasının formalaşdığını və yeniliklərin beynəlxalq formalara əsaslandığını bildirib.
Görüşdə iştirak edən təhsil ekspertləri, dərslik müəllifləri də öz fikir və təkliflərini bölüşüblər.