AzTehsil.com


Xəbərlər
14 dekabr 2020
992


Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib



Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın TIMSS 2019 beynəlxalq qiymətləndirməsinin nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib.

İclasda çıxış edən Təhsil nazirinin müşaviri Elnur Nəsibov dünya üzrə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində 64 ölkədən 580 mindən çox şagirdin, 310 min valideyn, 52 min müəllim, 19 min məktəbin iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 194 məktəb, 5 min 300 şagird, təxminən 5 min 300 valideyn, 310 müəllimlə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində iştirak edən ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub. Riyaziyyat üzrə tədqiqat nəticələri ilə ölkəmizin tarixi nəticə əldə etdiyini vurğulayan Elnur Nəsibov deyib ki, azərbaycanlı şagirdlər 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

TIMSS 2019-cu il beynəlxalq qiymətləndirilməsində ölkəmizin göstəriciləri barədə təqdimatla çıxış edən Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi Aygün Qurbanlının sözlərinə görə, riyaziyyat üzrə nailiyyətimiz TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdə mövqe tutub. Həmçinin, "mükəmməl” və "yüksək” qiymətləndirmə oriyentirinə (benchmark) çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21 faiz şagirdimiz riyaziyyat üzrə "mükəmməl” və "yüksək” qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36 faiz olub.

İclasda iştirak edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, məsul katib İlqar Orucov, Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, şura üzvlərindən Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Mayis Əliyev çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Bildirilib ki, beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlərin Cənubi Qafqazda ən yüksək nəticə ilə Fransa, İspaniya, Yeni Zelandiya kimi inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək göstəriciləri böyük uğurdur. Bundan sonra da beynəlxalq qiymətləndirmələrdə yüksək nailiyyətlər qazanılması məqsədilə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Sonda ictimai şuranın sədr müavini Nadir İsrafilov "Təhsil strategiyası: yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.AZƏRTAC
 

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

 





Загрузка...
Həmçinin oxuyun:
İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclasında yeni dərs ilinə hazırlıq və tətbiq olunacaq qaydalar müzakirə edilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclasında yeni dərs ilinə hazırlıq və tətbiq olunacaq qaydalar müzakirə edilib

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Azərbaycanda bu şagirdlərin sayı artdı

Azərbaycanda bu şagirdlərin sayı artdı

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

Təhsil Nazirliyi İctimai Şuraya keçirilən seçkilərlə bağlı narazılıqlara münasibət bildirdi

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib

Təhsil Nazirliyi: Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib

Təhsil Nazirliyi: Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin ADLARI- Eksklüziv

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın təşəbbüsü ilə müzakirə keçirillib

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Lənkəranda İctimai Şura üzvləri ilə görüş

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Təhsil Naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil Naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Müəllimlərin peşəkar inkişafı mövzusunda onlayn müzakirə

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib

“Rəqəmsal təhsil” mövzusunda dəyirmi masa keçirilib