Xəbərlər
29 aprel 2022
922


Şəhid xanımlarına dəstək layihəsi keçirilib


Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsinin yekun tədbiri keçirilib.


“Report” xəbər verir ki, layihənin məqsədi şəhid xanımlarının psixoloji dözüm və təhsil səviyyəsini yüksəltmək, bu həyata adaptasiyalarını, ictimai aktivliyini təmin etmək ibarətdir.


Layihə çərçivəsində keçirilən tədbir vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra Azərbaycanın himni səsləndirilib.


Birliyin sədri Sevinc Fədai tədbiri açıq elan edərək, Vətən müharibəsinin və qazanılan Zəfərin vətəndaş cəmiyyəti institutunun qarşısına qoyduğu məsuliyyət və öhdəlikdən, layihənin ictimai əhəmiyyət və faydasından söz açıb.


Tədbirdə iştirak edən Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova, Vətən müharibəsinin şəhidləri Nurlan Həsənovun anası Həqiqət Həsənova, Davud Qurbanovun anası Qənirə Hacıyeva, Rövşən İsmayılovun anası Təranə İsmayılova çıxışlarında qəhrəman xanımlarına xeyir-dua verib, gələcək fəaliyyətlərində uğurlar diləyiblər.


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini təmsil edən Vətən müharibəsinin şəhidi Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova çıxış edərək, “şəhid xanımı” adının ucalığından danışıb və şəhid ailələrinə mənəvi dəstək nümayiş etdirib.


Mərasimdə şəhid anaları, ailələri ilə yanaşı, layihənin təmsilçiləri, media və ictimaiyyət, incəsənət nümayəndələri də iştirak ediblər.


Tədbirdə həmçinin “Sən şəhid xanımısan” adlı sosial çarx nümayiş etdirilib və layihədə iştirak edən şəhid xanımlarına serifikat və mükafatlar təqdim olunub. Şəhid xanımları bu layihənin həyatlarında oynadığı önəmli roldan bəhs ediblər.


Sonda vətənpərvər şeir və musiqi parçaları ifa edilib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Mənim atam qəhrəmandır” silsilə tədbirinə şəhid anaları da qatılıb - VİDEO

“Mənim atam qəhrəmandır” silsilə tədbirinə şəhid anaları da qatılıb - VİDEO

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb - FOTO

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb - FOTO

Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olunub - FOTO

Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olunub - FOTO

Polad Həşimovun qızı tələbə oldu

Polad Həşimovun qızı tələbə oldu

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin  övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nə yekun vurulub

Şəhidlərin övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nə yekun vurulub

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

Prezidentin Polad Həşimovun qızı ilə dialoqu - VİDEO

Prezidentin Polad Həşimovun qızı ilə dialoqu - VİDEO

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

Şəhidlərin övladları ilə görüş keçirilib

Şəhidlərin övladları ilə görüş keçirilib

Daha bir hərbçimizin şəhid xəbəri gəldi

Daha bir hərbçimizin şəhid xəbəri gəldi

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Məktəb psixoloqlarının II ümumrespublika konfransı keçirilib

Məktəb psixoloqlarının II ümumrespublika konfransı keçirilib

Evə sonuncu zəngində anasından halallıq alan şəhid Vüsal İbişov - VİDEO

Evə sonuncu zəngində anasından halallıq alan şəhid Vüsal İbişov - VİDEO

Polad Həşimovun həyat yoldaşı təhsil idarəsində işlə təmin edildi

Polad Həşimovun həyat yoldaşı təhsil idarəsində işlə təmin edildi

Bakıda 172 məktəbə Milli Qəhrəman və şəhidlərin adı verilib

Bakıda 172 məktəbə Milli Qəhrəman və şəhidlərin adı verilib

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

165 nömrəli orta məktəbdə anım tədbiri  keçirildi

165 nömrəli orta məktəbdə anım tədbiri keçirildi

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

ADNSU-da şəhid valideyni ilə görüş keçirilib

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək