AzTehsil.com


Xəbərlər
27 noyabr 2020
1 212


Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək



 

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ortaq layihələrə başlayacaq.

Fonddan Trend-ə verilən məlumata görə, iki qurum tərəfindən "Gənclərin dayanıqlı məşğulluq proqramı”na start verilməsi və bu proqram çərçivəsində "İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, "Biznesini Yarat Marafonu”, "Peşəkar Gənclik Layihəsi”nin həyata keçirilməsi planlaşdırılır.

Proqramın və həyata keçiriləcək layihələrin müzakirəsi məqsədilə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu arasında onlayn görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və iki qurumun əməkdaşları iştirak edib.

Bildirilib ki, layihələrin icrası zamanı işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan, risk qrupuna daxil olan gənclərlə yanaşı, Vətən müharibəsində iştirak edən, ikinci Qarabağ müharibəsi nəticəsində zərər görən və ya şəhid ailəsinin üzvü olan gənclərə üstünlük veriləcək.

Qeyd edilib ki, layihənin əsas məqsədi də xüsusilə həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluqlarının təmin edilməsi, gənclərdə rəqabətə davamlılığın artırılması, mövcud potensiallarının reallaşdırılmasıdır.

Görüşdə hər iki qurumun üzərinə düşən öhdəliklər də müzakirə edilib və vəzifə bölgüsü aparılıb. Yaxın günlərdə "Gənclərin dayanıqlı məşğulluq proqramı” və proqram çərçivəsində həyata keçiriləcək layihələr ictimaiyyətə geniş təqdim ediləcək.



Загрузка...
Həmçinin oxuyun:
Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Əlilliyi olan şəxslərin kompüter bacarıqları inkişaf etdiriləcək

Əlilliyi olan şəxslərin kompüter bacarıqları inkişaf etdiriləcək

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Vakant vəzifələrə qeydiyyat başa çatır

Vakant vəzifələrə qeydiyyat başa çatır

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib

Ən yüksək müsabiqə vəziyyətinin yarandığı qurumların adları açıqlandı

Ən yüksək müsabiqə vəziyyətinin yarandığı qurumların adları açıqlandı

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

DİM dövlət qulluğuna qəbul üçün müsahibə keçirəcək

DİM dövlət qulluğuna qəbul üçün müsahibə keçirəcək

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Ötən il peşə kurslarına cəlb edilənlərin sayı AÇIQLANDI

Ötən il peşə kurslarına cəlb edilənlərin sayı AÇIQLANDI

Fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkası keçiriləcək

Fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkası keçiriləcək

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində Məşvərət Şurası yaradılır

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Tələbələr üçün 154 vakant iş yeri

Tələbələr üçün 154 vakant iş yeri

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib

Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib