AzTehsil.com


Xəbərlər
06 noyabr 2017
2 819


Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib



Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti gənclərin əmək bazarına inteqrasiyasına yönələn tədbirlərin davamı olaraq, Odlar Yurdu Universitetində "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.

 

Aztəhsil.com xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, gənclərin əmək bazarına inteqrasiyasına və səmərəli məşğulluğuna şərait yaradılması dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biridir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərində gənclərin fəal iştirakı təmin edilir. Bu sahədə işlərin davamı kimi, cari ilin 9 ayında nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən münasib işlərlə təmin olunan 41,6 min nəfərdən 32,7 faizini (13 615 nəfər) gənclər təşkil edib. Nazirliyin xətti ilə həmin dövrdə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 2 913 nəfərdən 57,2 faizi (1 666 nəfər) də gənclər olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verildiyi 2013-cü ilin dekabr ayından bəri Mərkəzdə 1250 nəfərə yaxın gənc müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına qəbul ediliblər. Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün məşğulluq orqanları tərəfindən əsasən yuxarı sinif şagirdlərindən ibarət 67,7 min nəfər gənc isə peşəyönümü tədbirlərinə cəlb olunub.

 

"Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri də gənclərin əmək bazarına inteqrasiyasında, tələbə və məzunlara öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarının yaradılmasında mühüm rol oynayır. Bu tədbirlərin davamı olaraq, Dövlət Məşğulluq Xidməti tərəfindən hazırkı tədbir də daxil olmaqla, cari ildə respublikamızın 9 ali təhsil müəssisəsində "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Həmin tədbirlər zamanı ümumilikdə 2,6 min vakant iş yeri təklif olunub, tələbə və məzunlara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib, habelə onlar işəgötürənlərə öz şəxsi məlumatlarını (CV) təqdim ediblər.


Odlar Yurdu Universitetində "Karyerada ilk addım” devizi altında  işəgötürənlərin nümayəndələrinin də iştirakı ilə keçirilən aktiv məşğulluq tədbirində 50-si özəl, 4-ü dövlət sektoruna aid 54 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 49-u dövlət, qalan 218-i isə özəl müəssisələrə aid olub.

 

Tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Onlara işəgötürənlərlə ilkin əlaqələr quraraq, öz şəxsi məlumatlarını (CV)  təqdim etmələrinə şərait yaradılıb. İşəgötürənlər isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbir zamanı iştirakçılara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib.

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib

 

 

 




Загрузка...
Həmçinin oxuyun:
Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

Valideynlərini itirən gənclər işlə təmin edilib

Valideynlərini itirən gənclər işlə təmin edilib

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

Nazir: "Dissertasiyaları vaxtında müdafiə edənlərin azlığı narahatlıq doğuran məsələdir"

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"

Əməyin mühafizəsi standartları

Əməyin mühafizəsi standartları

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat