AzTehsil.com


Xəbərlər
25 aprel 2022
1 095


Məktəb psixoloqlarının II ümumrespublika konfransı keçirilib




“Təhsildə sosial-psixoloji xidmətdə problemlər, perspektivlər” mövzusunda məktəb psixoloqlarının II ümumrespublika konfransı təşkil olunub. Konfrans Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, nazirliyin “Məktəblinin Dostu” və “Sağlam Təhsil – Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilib. Konfransın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vəətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, konfransın təşkilində əsas məqsəd məktəb psixoloqlarının peşəkar inkişafına dəstək olub.


Açılış nitqi ilə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov təmsil etdiyi qurum tərəfindən pandemiya dövründə məktəb psixoloqlarının peşəkar inkişafı ilə bağlı həyata keçirilən layihələr, aparılan tədqiqatlar, nəşr olunan kitab və metodik vəsaitlərdən danışıb. Gələcəkdə həyata keçiriləcək layihələr haqqında da məlumat verən Elnur Rüstəmov konfransın mövzusu barədə çıxış edib.


Təhsil nazirinin müşaviri Rüstəm Ağayev məktəblərdə psixoloji işin təşkili ilə bağlı belə bir konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb.


Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov da öz növbəsində məktəblərdə müşahidə olunan əsas psixoloji problemlərə toxunub və bu mövzuda daha intensiv şəkildə tədbirlərin keçirilməsinə ehtiyac olduğunu bildirib.


Daha sonra çıxış edən digər qonaqlar konfransın əhəmiyyətini vurğulayaraq məktəblərdə olan aktual problemlərin həlli yönündə daimi maarifləndirmə işlərinin aparılmasına dəstək işinin təşkilinin vacibliyini qeyd ediblər.


Açılış mərasimindən sonra “Yeniyetmələrdə psixoloji böhranın təzahür xüsusiyyətləri” , “İnternetin məktəblilərin həyatına təsiri və profilaktikası”, “Sabit və böhran vəziyyətdə şagirdlərin sosial-emosional bacarıqlarının inkişafı” mövzularında məruzələr dinlənilib.


Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixokorreksiyası”, “ Uşaqlara KBT( Koqnitiv davranış terapiyası) texnikalarının tətbiqi” mövzularında “workshop”lar təşkil edərək məktəb psixolqoları ilə yeni yanaşmaları və texnikaları bölüşüblər.




Загрузка...
Həmçinin oxuyun:
Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Bakıda məktəb psixoloqlarının konfransı keçirilib – FOTO

Bakıda məktəb psixoloqlarının konfransı keçirilib – FOTO

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Məktəb psixoloqlarının praktik bilikləri artırılır

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

Naxçıvan Müəllimlər İnstitutunda məktəb psixoloqları üçün seminar

ADPU-da Magistrantların III Respublika elmi konfransı - videokonfrans

ADPU-da Magistrantların III Respublika elmi konfransı - videokonfrans

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

“Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2020”

“Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2020”

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

Sumqayıt və Gəncədə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sumqayıt və Gəncədə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Mərkəzi Nəbatat Bağı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında birgə elmi-tədqiqat işləri

Mərkəzi Nəbatat Bağı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında birgə elmi-tədqiqat işləri

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

UNEC-in 90 illiyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” keçirilib

UNEC-in 90 illiyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” keçirilib

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək