AzTehsil.com


Xəbərlər / Psixoloq
23 oktyabr 2021
1 077


Bakıda məktəb psixoloqlarının konfransı keçirilib – FOTO



 

Bakı şəhər ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə "XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib.

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə Psixi Sağlamlıq  Gününə həsr olunmuş konfransda təhsil nazirinin müşavirləri Elnur Əliyev və Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq Problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Əlizadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, əməkdar müəllim Asif Cahangirov,  Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin (TAİM) direktoru Ülviyyə Məmmədova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, İdarənin müvafiq struktur bölmə rəhbərləri və TDM-in əməkdaşları iştirak ediblər.
Öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Konfransda çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Ümumdünya Psixi Sağlamlıq Gününün tarixindən bəhs edib. Bildirib ki, 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan Psixi Sağlamlıq Günü beynəlxalq günlər siyahısına daxil edilib.
M.Vəliyeva ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı  təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məlumat verib. İdarə müdiri çıxışı zamanı məktəb psixoloqlarının çalışdıqları təhsil müəssisələrində şagirdlərə səmərəli psixoloji dəstək göstərmələrinin vacibliyini vurğulayıb.
M.Vəliyeva həmçinin məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, onlarda məktəb mühitini düzgün analizetmə qabiliyyətinin formalaşdırılması, valideynlərlə işin təşkili və hesabatlılıq məsələlərinə də toxunub.

Daha sonra çıxış edənlər "Psixi sağlamlıq nədir?”, "Zərərli vərdişlərdən qorunmaq üçün maarifləndirici tədbirlərin təşkilində psixoloqun rolu”, "Uşaq və yeniyetmələrdə yuxu pozuntusu”, "Uşaq və yeniyetmələrdə major depressiv pozuntu və intihar davranışları”, "Yeniyetmələrin cinsi tərbiyəsi”, "Uşaqların fiziki inkişafında psixi sağlamlığın rolu” mövzularında fikirlərini bildiriblər.

Konfransın sonunda məktəb psixoloqlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları düşündürən suallara aydınlıq gətirilib.
 

 

 





Загрузка...
Həmçinin oxuyun:
Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb psixoloqları ilə onlayn görüş keçirilib

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Məktəb psixoloqlarının I Ümumrespublika konfransı

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Rayonlarda uşaqların psixi sağlamlığı... -DİQQƏT

Rayonlarda uşaqların psixi sağlamlığı... -DİQQƏT

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

İki rayon üzrə “Məktəb hesabatları” dinlənilib

İki rayon üzrə “Məktəb hesabatları” dinlənilib

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

BŞTİ müdiri “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib

BŞTİ müdiri “Media və təhsil dialoqu” adlı təlimdə çıxış edib

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları ilə onlayn konfrans

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Sumqayıt və Gəncədə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sumqayıt və Gəncədə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Qaradağ və Sabunçuda “Məktəb hesabatları”dinlənilib

Qaradağ və Sabunçuda “Məktəb hesabatları”dinlənilib

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib

“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb

“Məktəb hesabatları”nın dinlənilməsinə başlanılıb

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Təhsil İdarəsində İctimai Şura üvləri ilə görüş keçirilib

Təhsil İdarəsində İctimai Şura üvləri ilə görüş keçirilib

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

“Yay məktəbi” ilə bağlı mediatur təşkil olunub

Valideyinlər şagirdlərin dərsini izlədilər

Valideyinlər şagirdlərin dərsini izlədilər