Nazirdən məktəblərdə baş verən neqativ hadisələrlə bağlı AÇIQLAMA
Təhsil naziri Emin Əmrullayev ölkədə fəaliyyət göstərən məktəblərdə qeydə alınan neqativ hallarla bağlı danışıb.
Nazir bu haqda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədə 1 milyon 600 min şagird təhsil alır və hər gün hansısa xoşagəlməz hadisə baş verəcək:
“Bu kimi hallar birmənalı olaraq qəbul edilmir. Hansısa bir hadisədə cinayət varsa, bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Məktəblərdə şagirdlərin tərbiyəsi və davranışı ilə bağlı mütəmadi şəkildə ümumtəhsil müəssisələrinin rəhbərliyi tərəfindən iş aparılmalıdır”.
“Əfsuslar olsun ki, 1 milyon 600 min şagirdi, 200 min müəllimi, 3 milyondan artıq valideyni əhatə edən sistemdə iki nəfər arasında konflikti hər gün müşahidə edəcəyik”, - deyə o əlavə edib.