AzTehsil.com


Xəbərlər / Səhiyyə / Şagird
16 may 2021
1 375


Şagirdlərin kütləvi vaksinasiyası nəzərdə tutulur?



 

Mayın 17-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonundakı ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada bərpa ediləcək.

Hazırda yoluxma sayında azalma müşahidə edilsə də, bu məktəblərdə şagirdlərin virusa yoluxmayacağı demək deyil. Bəs görəsən orta təhsil müəssisələrində yoluxma hallarının baş verməməsi üçün şagirdlər də vaksinasiya prosesinə cəlb oluna bilərmi?

Bu haqda BAKU.WS-ə açıqlama verən təhsil eksperti Kamran Əsədov, məktəblilərin kütləvi şəkildə peyvəndlənməsi üçün hazırda müəyyən qanun layihəsinin nəzərdə tutulmadığını bildirib:

"Tədris prosesi ətrafında 2 milyona yaxın insanı birləşdirir. Orta məktəblərdə 1 milyon 600 min şagird təhsil alır.

Bunun 165 mini birinci sinifə gedir, 645 min nəfəri isə ibtidai siniflərdə təhsil alır. Bu prosesinin yoluxanların sayına təsir göstərməməsi qaçınılmazdır. Bu sahədə çalışanlarda yoluxma faizi ümumi yoluxanların 5%-ni təşkil edir.

Uşaqlar arasında yoluxma halları çox olmasa da, onlar potensial daşıyıcıdır. Lakin yenə də, orta ümumitəhsil məktəblərində şagirdlərin kütləvi peyvəndlənməsi nəzərdə tutulmur.

Hazırki prosesdə və dövlət proqramında da məktəblilərə vaksin vurulması ilə bağlı qanun yoxdur. Məsələ orda çalışan müəllimlərlə bağlıdır.

Ekspert, valideynlərin övladlarının sağlamlığı üçün narahatlıq keçirməsinə heç bir əsas olmadığını bildirib. Belə ki, əgər şagirdlərin təhsil aldığı məktəbdəki siniflərdən birində bir neçə şagird virusa yoluxarsa, bu zaman qabaqlayıcı tədbir olaraq təhsil prosesi dayandırılır:

"Əgər şagirdlərin bir və ya bir neçəsində virusa yoluxma halı müşahidə olunarsa və bu bir neçə məktəbdə baş verərəsə tədris prosesi yenidən 14 günlük karantinə rejiminə keçiriləcək. Lakin şagirdlərin kütləvi şəkildə vaksinasiya prosesinə cəlb edilməsi nəzərdə tutulmur”.

Kamran Əsədov istənilən halda məktəblilərin virusa yoluxmasının qarşının alındığını qeyd edib:

"2020-ci ilin sentyabrın 15-dən etibarən Təhsil Nazirliyi məktəblərin girişində xüsusi avadanlıqlar yerləşdirib. Şagirdlər məktəb binasına daxil olarkən temperaturu ölçülür və yoxlanılır. Lazım olarsa binadan uzaqlaşdırılır həmin şagirdlər.

Bu şagirdlər onsuz da ictimai nəqliyyatda, mağazalarda və digər yerlərdə müxtəlif insanlarla təmasda olur. Məktəbi virus yayan obyekt olaraq görməməliyik. Yoluxmuş şəxslərin aktiv şəkildə aşkar edilməsində məktəb mühüm rola malikdir.

Nazirliyin tabeçiliyinə olan bütün məktəblərdə girişdə xüsusi adamlar və avadanlıqlar var ki onlar məktəblilərin sağlamlığı üçün nəzərdə tutulub”.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya keçirilmişdi.

Təhsil Nazirliyinin rəsmi açıqlamasında isə sabahdan etibarən distan təhsil forması əyani ilə əvəz olunduğu bildirildi. Lakin hələlik şagirdlərin kütləvi vaksinasiyası ilə bağlı hər hansı bir dəqiq məlumat olmadığı üçün rəsmi açıqlama da verilməyib.



Загрузка...
Həmçinin oxuyun:
Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Məktəblərdə koronavirusa yoluxma riski - Baş pediatr açıqladı

Məktəblərdə koronavirusa yoluxma riski - Baş pediatr açıqladı

Əyani tədris qismən bərpa olunur

Əyani tədris qismən bərpa olunur

Əyani tədris qismən bərpa olunur

Əyani tədris qismən bərpa olunur

Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Dərs ili başlayandan bu günədək neçə müəllim və şagirddə koronavirus aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

V-IX siniflərdə əyani tədrisin bərpası ilə bağlı AÇIQLAMA

Gəncə və Şəkidə dərslər həftədə beş dəfə keçiriləcək

Gəncə və Şəkidə dərslər həftədə beş dəfə keçiriləcək

Nazir: “Yoluxma artarsa, digər ərazilərdəki məktəblər də bağlanacaq”

Nazir: “Yoluxma artarsa, digər ərazilərdəki məktəblər də bağlanacaq”

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiq edilib

Mehriban Vəliyeva: “Məktəblərdə koronavirusa yoluxma çoxala bilər” – VİDEO

Mehriban Vəliyeva: “Məktəblərdə koronavirusa yoluxma çoxala bilər” – VİDEO

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEO

Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEO

Dərnək məşğələlərinin açılacağı tarix bəlli oldu

Dərnək məşğələlərinin açılacağı tarix bəlli oldu

Karantin dövründə təhsil: Maska taxmaq məcburidirmi? Dərslər necə keçiriləcək? – suallarınıza cavablar

Karantin dövründə təhsil: Maska taxmaq məcburidirmi? Dərslər necə keçiriləcək? – suallarınıza cavablar

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Bakıda müəllimlər arasında koronavirusa kütləvi yoluxma: İki məktəb bağlandı - RƏSMİ

Bakıda müəllimlər arasında koronavirusa kütləvi yoluxma: İki məktəb bağlandı - RƏSMİ

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Tibbi spirtdən istifadə şagirdlər üçün təhlükə yaradacaqmı?

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Bakı şagirdlərinin 85 faizə yaxını əyani dərslərə gəlir – BŞTİ

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA

Sentyabrın 15-dən yuxarı siniflər üçün dərslər distant formada keçirilə bilər - AÇIQLAMA