Nazir məktəbdə baş verən neqativ hadisələrdən DANIŞDI
Təhsil naziri Emin Əmrullayev təhsil müəssisələri və direktorlarla bağlı yayılan neqativ görüntülər barədə danışıb.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə jurnalistlərə açıqlama verib.
Nazirin sözlərinə görə, direktorların fəaliyyəti Azərbaycan qanunvericiliyi ilə tənzimlənir:
“Nöqsanlara yol verən direktorlar vəzifəsindən azad edilir”.
O qeyd edib ki, partanın üzərinə çıxan uşaqların bu cür hərəkətləri problemdir:
“Amma bu, məktəbdaxili problemdir. İki insan arasında olan münaqişəni ölkənin ən vacib gündəminə çevirməkdə böyük bir fayda görmürəm”.