“Virtual məktəb”də həftə ərzində 5 milyondan çox dərs keçilib
Davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan "Virtual məktəb” platformasından faydalananların sayı artır.
Təhsil Nazirliyindən bildirilib ki, noyabrın 15-21-də platformada qeydiyyatdan keçən şagirdlərin sayı 1 milyon 285 min 399, müəllimlərin sayı 123 min 29, aktiv istifadəçilərin sayı isə 861 min 403 nəfər olub.
"Virtual məktəb”də həftə ərzində 5 milyon 754 min 809 dərs keçilib.