AzTehsil.com


Xəbərlər / Saglam həyat
10 aprel 2022
1 301


Beyin üçün 2 SUPER İÇKİ




Alimlər sübut edib ki, hər gün çay içən insanlarda demensiyanın (ağıl zəifliyi) riski 50% azalır.


The Daily Mail xəbər verir ki, bu həm qara, həm də yaşıl çaya aiddir.


Çay katexin və teaflavin maddələri ilə zəngindir. Bu maddələr beyinə iltihabəleyhinə və antioksidant təsir edir, beyinin damarlarını və beyin hüceyrələrini zədələnmələrdən qoruyur.


Sinqapur Milli Universitetinin alimləri 12 il ərzində yaşı 55-dən yuxarı olan 1000-ə yaxın insanı müşahidə etdikdən sonra bu nəticələrə gəliblər.


Hər 2 ildən bir kontrol qrupunda olan insanların təfəkkür qabiliyyəti analiz olunurdu. Məlum olub ki, hər gün çay içən insanların təfəkkür səviyyəsi daha yüksək olub.


Alimlər gün ərzində 4-5 fincan çay içməyi tövsiyə edirlər.




Загрузка...