AzTehsil.com


Xəbərlər / Saglam həyat
02 aprel 2022
1 515


Çayın beyinə inanılmaz təsiri aşkar olunub




Pekin Universiteti (Çin) alimləri yeni araşdırmada çayın beyinə olan təsirini araşdırıblar.


Eksperimentlər göstərib ki, çay insanlarda fantaziyanı və kreativ düşüncəni inkişaf etdirir.  


Eksperimentdə 2 qrup insan iştirak edib. Onlardan biri yalnıq çay içirdi, digər qrup isə çay şirə, qazlı içkilər və s. içirdi. Nəticədə məlum olub ki, kreativlik tələb edən tapşırıqlarda çay içən qrup daha yaxşı nəticələr göstərib.


 2017-ci ildə aparılmış digər araşdırma çayın demensiyaya qarşı təsirini təsdiq edib. Çayın tərkibində olan maddələr beyində demensiyaya səbəb olan zülalların toplanmasına mane olur. Daim çay içən insanların  beyini daha gec qocalır, yaddaş, diqqət və s. koqnitiv funksiyalar qocalana qədər saxlanılır.  


Mütəxəssislərin sözlərinə görə, hər gün çay işən insanlarda demensiyanın riski çay içməyən insanlarla müqayisədə 50% daha azdır.


Həm yaşıl, həm də qara çay beyinə eyni dərəcədə müsbət təsir edir.




Загрузка...