Xəbərlər / Saglam həyat
05 mart 2022
1 119


Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər - SİYAHI


Çox insan uzun ömür yaşamaq istəyir. Amma etiraf edək ki, elə çoxumuz orqanizmimizin bu qədər ömrə uyğun olmadığını bilirik.


Alimlər bir insanın 100 il yaşama şansını göstərən 7 əlaməti tapıblar. Əgər sizdə bunlar varsa, deməli, 100-ə çata bilərsiz.


1. Normal çəki və piysiz qaraciyər


Yaşlandıqca insana bir qədər yağ, piy lazım olur. Amma alimlər bədən çəkisi indeksi normaya yaxın və boyuna uyğun insanların 90 yaşa kimi çatmasını təsdiqləyib.


Eləcə də ürək və qaraciyərdə piy toplanması ürək xəstəliklərini artırır. Ona görə daxili orqanların piylənməsinə yol vermək olmaz və mütəmadi yoxlanmalıdır.


2. Sürətli gəzmək


Tez-tez, sürətli və çox gəzənlər daha çox yaşayacaq, nəinki evdə, işdə əyləşənlər. Eləcə maşın sükanı arxasında çox olanlarda erkən ürək əlamətləri görülür.


3. Meyvə, səbzə, tərəvəz çox yemək


Hətta ət yeməyinin yanında da göyərti, salat, tərəvəz yeyənlər daha sağlam və uzunömürlü olur.


4. Zəhmətkeşlik, fiziki əmək


İnsanın ömrü onun nə qədər məşğul olmasından asılıdır. Sutkanın böyük hissəsini hansısa işlə məşğul olan, vaxtı olmayan, məqsədyönlü, aktiv, işsiz dayana bilməyənlərin daha çox yaşaması və keçən illərin fərqində olmadığı sübut olunub. Ətalət halında insan daha çox özünə qapılır, evdən çıxmağa ərinir və məqsədsiz yaşadığı üçün həyat ona mənasız gəlir.


5. Yaxşı yuxu və xoş əhval


Sadə bir hadisəyə sevinən, xırda detallardan xoşbəxt olan, dostluğa meyilli, eləcə də sutkalıq gecə yuxusu 7 saat olan insanlar da 100-ə çata bilər. Ümumiyyətlə, yaşlı vaxtı 30 dəqiqəlik gündüz yuxusu da vacibdir. Bu zaman beyin neyronları təmizlənir, aktivləşir və lazımi hormonlar sintez olunur.edicina.az



Məqalə Göndər








Загрузка...