AzTehsil.com


Xəbərlər / Video
09 fevral 2022
1 031


Niyə dərslər əksər uşaqlar üçün işgəncəyə çevrilib?




“Dərslərin çoxluğundan, məktəbin əlindən bezmişik”. Gəlin etiraf edək ki, övladı məktəbli olan əksər valideyn bu sözləri eşidir.


Valideynlərə bu şikayətləri eşitmək xoş olmadığı kimi uşaqların da xoşuna gəlməyən bir çox məqamlar var.


Uşaq və yeniyetmə psixoloqu Gülər Əsgərova deyir ki, dərslərin ağırlığı, dərs saatlarının yüklənməsi istər-istəməz uşaqların psixologiyasına ciddi şəkildə təsir edir: “Uşaqların yuxu sistemi pozulur, onlarda aqressiya yaranmağa başlayır. Davranış pozuntusu yaranmağa başlayır. Uşaqlar yeməkdən belə kəsilirlər. Yeməklərini vaxtı-vaxtında yeməyə belə bacarmırlar”


Gülər Əsgərova deyir ki, bütün bunlar kənara dursun, valideynlərin mükəmməl olmaq tələbi də ağır rejimdə var-gəl edən uşağın dərsdən, məktəbdən soyumasına təkan verir. Necə deyərlər, qaş düzəltmək yerinə, göz çıxarırıq: “Bir uşağın qabiliyyəti, gücü 5-4-ə yaxud da 3-4-ə çatırsa evdə valideynlər, məktəbdə müəllimlər onu 4-dən daha da yüksək qiymətləndirməyi tələb edirlər. Axı bu uşağın canında yorğunluq, diqqət əskikliyi, fikir dağınıqlığı varsa, onun gücü 5-ə çatmırsa ondan bunu istədikdə dərsə həvəsi itir, məktəbə getmək istəmir adaptasiya olmağı bacarmır. Elə valideyn var ki ,deyir ki, mənim uşağım ancaq həkim olmalıdır. Amma uşaq rəssam olmaq istəyir. Aparır qoyur hazırlığa, maddiyyatı da gedir. Sonra gətirirlər uşağı psixoloqa. Deyirlər ki, uşaq əvvəlki kimi deyil, aqressiya yaranıb”.


Təhsil eksperti Nigar Məmmədli deyir ki, Montersore üsulundan istifadə etməklə çoxluq təşkil edən dərs saatlarını uşaqlar üçün əyləncəyə çevirmək mümkündür: “Montesore deyilən bir üsul var, bu üsulla tələbələr, şagirdlər əylənərək öyrənə bilirlər. İstənilən intellekt səviyyəsini artıracaq bir məlumatı oyun, qruplara bölünməklə öyrəndiyi üçün həm asudə vaxt keçirmiş olur, həm istirahət etmiş olur həm də yeni biliklər öyrənmiş olur. Bu sistem bütün məktəblərdə tətbiq edilsə bunu çox faydasını görəcəyimizə inanıram. Qiymətləndirməni də düzgün hesab etmirəm .Avropada bir sıra ölkələrdə müəyyən yaşa qədər qiymətləndirilmə ümumiyyətlə yoxdur. Şagirdin hər hansı suala cavab verməsini, biliyini 5-4 təyin etmir əslində. Biliklər şəxsə görə dəyişir”.


Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov bildirir ki, valideynlər evdə uşaqların asudə vaxtlarını əlindən almasalar, onlar məktəbdə dərsi yaxşı qavraya biləcəklər: “Siniflər üzrə dərs saatı tədris planı əsasında tənzimlənir. Siz məktəblərdə dərslərin çoxluğu məsələsinə toxunursunuz. Məktəblərdə şagirdin ahəngdar inkişafı ,onun bir şəxsiyyət kimi formalaşması əsas məqsəd kimi qarşıya qoyulduğundan ümumtəhsil fənləri də tədris olunan fənlər uşaqların yas anlaq səviyyəsinə, potensial imkanlarına uyğun olaraq məzmunu ifadə edir. Uşaq dərsi məktəbdə öyrənməli, evdə dincəlməlidir ki, növbəti gün məktəbdə səmərəli fəaliyyət ilə məşğul ola bilsin. Əgər valideynlər uşağın evdəki sərbəst vaxtlarını əllərindən almasalar, onlara rahat dincəlməyə imkan yaratsalar onlar dərsi çox rahat mənimsəyə bilərlər”.


Mütəxəssislərin verdiyi məsləhətlər gözəldir. Təbii ki, reallaşma ehtimalı mümkündürsə. İndiki reallıq isə tam fərqlidir.


https://www.youtube.com/watch?v=X1_EyxdjkNk




Загрузка...
Həmçinin oxuyun:
Valideynlərin NƏZƏRİNƏ: “COVID-ə yoluxub sağalan uşaqların səhhətində problemlər yaranmağa başlayır” - VİDEO

Valideynlərin NƏZƏRİNƏ: “COVID-ə yoluxub sağalan uşaqların səhhətində problemlər yaranmağa başlayır” - VİDEO

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Ağır dərs yükü, əlavə repetitor: Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq

Ağır dərs yükü, əlavə repetitor: Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq

Uşaqlarda davranış pozuntusu - KAPRİZLƏR

Uşaqlarda davranış pozuntusu - KAPRİZLƏR

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Məktəblərdə uşaqlarımızın hüququ kobud şəkildə pozulur

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Karantində gərginlik: səbri tükənmiş valideynlər, evdə darıxan uşaqlar... – Psixoloq çıxış yolunu göstərdi

Karantində gərginlik: səbri tükənmiş valideynlər, evdə darıxan uşaqlar... – Psixoloq çıxış yolunu göstərdi

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

Uşaqların dərs yükü onların yaşına uyğun olmalıdır

Uşaqların dərs yükü onların yaşına uyğun olmalıdır

Valideyn necə olmalıdır?

Valideyn necə olmalıdır?

Valideynlər arasında dava-dalaş uşaqların sağlamlığına necə təsir edir?

Valideynlər arasında dava-dalaş uşaqların sağlamlığına necə təsir edir?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqlara bunları demək olmaz!

Uşaqlara bunları demək olmaz!

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşağın ruhi sağlamlığı ,təhsil uğurları bundan asılıdır

Uşağın ruhi sağlamlığı ,təhsil uğurları bundan asılıdır

Uşaqlar üçün “Squid Game” təhlükəsi - ARAŞDIRMA

Uşaqlar üçün “Squid Game” təhlükəsi - ARAŞDIRMA

Uşağa şiddət göstərən valideynləri bu cəza gözləyir

Uşağa şiddət göstərən valideynləri bu cəza gözləyir

Uşaqlarda davranış və hiperaktivlik

Uşaqlarda davranış və hiperaktivlik

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Şagirdi məhvə aparan müəllim ifadələri və yanlış davranışlar – Psixoloqdan müraciət

Şagirdlərə dərsi sevdirəcək sehrli peçenye – Gürcüstanda təhsil ilki-FOTO

Şagirdlərə dərsi sevdirəcək sehrli peçenye – Gürcüstanda təhsil ilki-FOTO