AzTehsil.com


Xəbərlər / Valideyn
27 noyabr 2021
1 656


Uşaqlar üçün “Squid Game” təhlükəsi - ARAŞDIRMA




Uşağın onlayn fəaliyyətinə nəzarət etmək sizin əlinizdədir. Mütəxəssislərin fikirləri və aparılan araşdırmalar onu göstərir ki, uşaqların internetdən istifadəsində mütləq bir limit və ciddi nəzarət olmalıdır, əks halda...


Talehin 4 yaşı var. Telefon, kompüter, planşet ən sevimli oyuncağıdır. Qlobal “hörümçək toru” digər insanlar kimi onu da təsir dairəsinə alıb. Hazırda internet ən böyük xoşbəxtliyidir. Düzdür, virtual aləmin insana zövq verən tərəfləri çoxdur. Lakin uşaqlar üçün nəticələri hər zaman yaxşı olmur. Taleh son günlərin məşhur “Squid Game” serialını izləyib. Bacısı ilə oyun oynayarkən məğlub olduğu üçün onu öldürməyə çalışıb.


Məlumat üçün bildirək ki, Cənubi Koreya istehsalı olan serialda uduzanın öldürüldüyü uşaq oyunlarından bəhs edilir.


Düzdür, internetdən istifadə uşaqların dünyagörüşü, məlumatlarını artırır. Lakin virtual şəbəkədə aqressiv və ya sosial təhlükəli məzmunda olan informasiyalar, məlumatlar, şərhlər, yazılar, audio və videomateriallar, filmlər, reklamlar kifayət qədərdir. Təbii ki, bununla əlaqədar uşaqların internetdən istifadə zamanı müxtəlif arzuolunmaz məlumata əlçatanlığının, sərf etdikləri gündəlik saatların və digər tənzimlənməli faktorların vacibliyi ön plana çıxır. Bəs uşağın aldığı məlumatlara valideyn nəzarət edə bilərmi? Uşağın yanında olmadıqda belə, telefon, planşet, kompüterləri necə uzaqdan idarə edə bilərik?


“Kaspi” qəzeti bu barədə araşdırma aparıb.


Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilov deyir ki, hər bir valideyn cihazdan asılı olmayaraq, əlavə proqramlar yükləmədən internetdə övladına nəzarət edə bilər:


“Cihazdan asılı olmayaraq, istifadə etdiyimiz hər bir platforma əlavə proqramlar yükləmədən istər telefonda, planşetdə (android və ya iOS əməliyyatlı), istərsə də kompüterdə (Windows və ya Mac əməliyyat sistemli) bir sıra geniş “uşaq nəzarəti” imkanlarını təqdim edir. İnternetə giriş məhdudiyyəti günün vaxtından asılı olaraq, cihazdan istifadə etmə saatlarının təyini, ayrıca tətbiq/proqram səviyyəsində istifadə məhdudiyyəti, müəyyən olunan internet səhifələrinə və ya ümumi şərtli saytlara (məsələn 18+) giriş məhdudiyyəti, telefondan yalnız müəyyən kontaktlara yığa bilmə və digər əlverişli nəzarət ayarları mövcuddur. Bütün bunları valideyn birbaşa öz telefonunda ayarlar bölməsində sazlaya bilər”.



Ekspert deyir ki, nəzarətin işləməsi üçün valideyn uşaqların cihazlarında istifadə etdikləri hesabları (account) düzgün şərtlə – uşaq hesabı kimi yaradaraq (child account) ekosistemdə vahid ailə hesabı (family account) çərçivəsində təyin etməlidir: “Yalnız bu prinsiplə yaradılan hesablar idarə oluna bilir və bütün funksiyalar düzgün işləyir. Hər bir əməliyyat sistemində özünəməxsus idarəetmə mexanizmləri var: “Android” əməliyyat sistemində bu “Google Family Link” proqramı vasitəsilə, iOS sistemində birbaşa ayarlar menyusunda “ekran vaxtı” bölümündə, “Windows” əməliyyat sistemində “Family Safety” proqramı vasitəsilə həyata keçirilir. Valideyn bu alətlərdən yararlanaraq uşağın istifadə etdiyi cihazı, onunla keçirdiyi vaxtı, girdiyi hər bir proqramı idarə edib məhdudiyyətlər qoya bilər. Bu da o deməkdir ki, uşağın internetdə və cihazdan istifadəsində nəzarət və arzuolunmaz kontentə giriş uzaqdan asanlıqla təmin və idarə oluna bilər”.


Uşaq psixoloqu Nikolay Kuznetsov deyir ki, uşaqların internetdə üzləşdiyi psixoloji cəhətdən ən çətin hadisələrdən biri “kiber buillinq”dir. Psixoloqun sözlərinə görə, internetlə uşağı tək buraxmaq yad adamla tək qoymaqla eynidir: “Valideynin xəbəri olmadan uşaq tanımadığı insanlar tərəfindən virtual aləmdə zorakılığa məruz qala bilər. Hər şey zahirən zərərsiz zarafatlar və istehza ilə başlayar və yeniyetmə intihar etməyə hazır olduqda kədərli nəticələrə səbəb olur. Əksər hallarda uşağın özü heç bir şeydə günahkar deyil. Sadəcə ona qarşı silah tutan kütlənin gücünə müqavimət göstərmək onun üçün inanılmaz dərəcədə çətindir. Səbəblər çox əhəmiyyətsizdir”.


Psixoloq deyir ki, internetdə təhqir olunmaq real həyatdakından daha çətindir: “Çünki zorakılığa məruz qalmağın ətrafda hiss olunmur. Bu zorakılıq onlarla təhqir və birbaşa hədələrlə gücləndirilir. Yeniyetmə yaxşı yatmır, daha pis oxumağa başlayır, depressiyaya düşür, özünə çəkilir və heç kimi görmək istəmir”. Psixoloqun sözlərinə görə, belə vəziyyətdə valideynlərin uşağa kiber zorakılığın qurbanına çevrilməsinin onun günahı olmadığını çatdırması vacibdir: “Uşağa hər zaman onun yanında olacağını və kömək edəcəyini çatdırmaq vacibdir. Əgər zorakılıq sürətlə davam edirsə, onu dayandırmaq üçün bütün qapıları döymək lazımdır: zorakılığı törədən uşaqların valideynlərinin, müəllimlərin və direktorun mesajlarını bloklamaq üçün resurs administratorları ilə əlaqə saxlayın”.


Müasir dövrdə uşaq və yeniyetmələrin internetdən istifadəsini tamamilə qadağan etmək düzgün deyil. Çünki onlar informasiya dövrünün uşaqlarıdır. Amma onun onlayn fəaliyyətinə nəzarət etmək sizin əlinizdədir. Mütəxəssislərin fikirləri və aparılan araşdırmalar onu göstərir ki, uşaqların internetdən istifadəsində mütləq bir limit və ciddi nəzarət olmalıdır. Əks halda, aqressiv, ünsiyyətdən qaçan və kompleksli bir nəslin yetişməsinə şərait yaradacağıq.




Загрузка...
Həmçinin oxuyun:
KOMPÜTER OYUNLARI VƏ UŞAQLAR

KOMPÜTER OYUNLARI VƏ UŞAQLAR

Övladımızı kompüter əsarətindən necə qoruyaq?

Övladımızı kompüter əsarətindən necə qoruyaq?

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

Uşaq və sosial şəbəkələr - Bunlara icazə verməyin!

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Eksperti- İnternet insanları, xüsusən də uşaqları bataqlıq kimi özünə çəkərək onların  psixologiyası və davranışına sürətlə təsir göstərir

Eksperti- İnternet insanları, xüsusən də uşaqları bataqlıq kimi özünə çəkərək onların psixologiyası və davranışına sürətlə təsir göstərir

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

“Ümumdünya  hörümçək toru”nun yaranma  tarixindən...

“Ümumdünya hörümçək toru”nun yaranma tarixindən...

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Məktəbliləri ölümə sürükləyən "Mavi balina" təhlükəsi - Nazirlik hərəkətə keçdi

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Övladınızın tərbiyəsində bunları etməyin- Valideynlərə tövsiyə

Övladınızın tərbiyəsində bunları etməyin- Valideynlərə tövsiyə

Uşaq aqressivliyinin kökü genlərdədir -MARAQLI FAKT

Uşaq aqressivliyinin kökü genlərdədir -MARAQLI FAKT

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

Süni intellektli virtual həkim hazırlanıb

Süni intellektli virtual həkim hazırlanıb

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Uşaqlar arasında cinayətkarlığın artmasına səbəb olan amillər

Uşaqlar arasında cinayətkarlığın artmasına səbəb olan amillər

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Oyun uşağın dərs öyrənməsi üçün çox təsirlidir.

Oyun uşağın dərs öyrənməsi üçün çox təsirlidir.

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Uşaqların yuxusu pozulubsa, deməli...

Uşaqların yuxusu pozulubsa, deməli...

“Virtual məktəb” portalında verilən tapşırıqlar şagirdlərin qiymətləndirməsinə təsir etməyəcək

“Virtual məktəb” portalında verilən tapşırıqlar şagirdlərin qiymətləndirməsinə təsir etməyəcək

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...

"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

Uşaqları virtual "tərbiyə"dən necə qorumalıyıq?

Uşağın oyun oynamağının faydalar

Uşağın oyun oynamağının faydalar