AzTehsil.com


Xəbərlər / Müəllim
17 oktyabr 2021
1 445


Oyun uşağın dərs öyrənməsi üçün çox təsirlidir.



Oyun uşağın dərs öyrənməsi üçün çox təsirlidir.

 

Oyun  körpələrin oyaq vaxtlarında əsas fəaliyyət növüdür. Demək olar ki, uşaq oyunda özünü balıq suda hiss etdiyi kimi hiss edir. O, oynayarkən özünü xoşbəxt hiss edir və diqqətini oyuna cəmləyir. Çünki uşaq üçün oyun dincəlmək deyil, oyun onun əsas məşğuliyyətdir. Uşaq  oynayarkən  baxır, eşidir, toxunur, yaradır, sığallayır, dadına baxır, iyləyir. O,  rənglərdən, ritmlərdən, musiqidən həzz  alır və beləliklə, oyun uşağın beynini inkişaf etdirir. Uşağa sevinc verən hər şey onun beyin inkişafı üçün xeyirlidir. Oyun, gülüş, torpaqda sürüşmək, dırmaşmaq, qaçmaq uşağın beyin  inkişafını sürətləndirir.

Bəzən böyüklər oyun fəaliyyətinin əhəmiyyətini inkar edirlər, bunu  boş vaxt  itkisi  kimi dəyərləndirirlər. Əksinə, oyun uşağın öz individuallığının yaranması üçün vacibdir. Oyun onun həm əl, həm də intellektual bacarıqlarını inkişaf etdirən ən təbii prosesdir. Bu , uşağa onu əhatə edən ətraf  aləmi başa düşməyə imkan verir.

Beləliklə, əsasən  stolüstü və kollektiv oyunlar sayəsində uşaq qrupa inteqrasiya etməyi və öz yerini tapmağı öyrənir. Oyun, uşağa əylənərək öyrənmək imkanı verir. Oyun, uşağın nələrisə kəşf etməsinə, xəyalından və yaradıcılığından istifadə etməsinə kömək edir. Bir sözlə uşaqların inkişafı üçün oyunun əhəmiyyəti saysız-hesabsızdır.

Bizim təhsil sistemində uşaq ibtidai sinfə gedən kimi bəzi komanda oyun növləri istisna olmaqla, digər oyun fəaliyyətləri dayandırılır. Bu keçid lazımdırmı? Oyunu dərs öyrənməsi üçün istifadə etməyə davam edə bilməzdikmi?

Bu uşaq üçün həqiqətən stresdir. Ona oyun oynamadan öyrənməli olacağını söylədikdə o, bunun səbəbini anlamaya bilər. Çünki, bu vaxta qədər oyunlar onun əsas öyrənmə vasitəsi olmuşdur.

Çoxsaylı tədqiqatlar məktəbəqədər yaşda oyun əsaslı öyrənməyi tövsiyə edir. Forma baxımından sərbəst oyun və rəhbərli oyunu fərqləndirmək lazımdır. Sərbəst oyun adından göründüyü kimi uşağın özünün etdiyi əməllərə tam nəzarət etdiyi bir oyundur. Rəhbərli oyunda isə uşağın müəyyən bacarıq öyrənməsi üçün tərbiyəçi və ya valideyn oyuna forma və istiqamət verir. 

İbtidai sinifdə oyunlar vasitəsilə dərs öyrənmək məsələsi daha çox maraq doğurur. Oyun vasitəsilə məktəbdə öyrənmənin ciddi üstünlükləri var. Oyun vasitəsilə öyrənmə əyləncəlidir. Digər tərəfdən, oyun uşaqları yaradıcılığa sövq edir. 

Uşağın öyrənməsində bir hərəkətverici qüvvənin olması mütləqdir. Oyun isə uşağın dərs öyrənməsi üçün xüsusilə təsirlidir. Oyundan dəqiq və dərhal təsir gözləmək düzgün deyil. Oyunun təsirli olması üçün mütəmadi təkrarlanması da şərtdir. Oyunlar ənənəvi pedaqogika ilə əldə edilməsi daha çətin olan bilik və  bacarıqların əldə edilməsinə daha geniş imkanlar yaradır. Oyun vasitəsi ilə öyrənmək bütün uşaqlara, hətta inkişaf çətinliyi olanlara da yönəlməlidir. Oyun emosional, sosial, fiziki və ya intellektual sahədə uşaq inkişafının əsas mənbəyi kimi uşaqların öyrənməsi və inkişafında mütləq istifadə olunmalıdır.  eudi.az 



Загрузка...
Həmçinin oxuyun:
Uşağın oyun oynamağının faydalar

Uşağın oyun oynamağının faydalar

Oyun terapiyası uşağa necə kömək edir?

Oyun terapiyası uşağa necə kömək edir?

Rollu oyunlar   və onların faydaları

Rollu oyunlar və onların faydaları

Uşaqlarda davranış və hiperaktivlik

Uşaqlarda davranış və hiperaktivlik

Çində uşaqlara üç saatdan artıq onlayn oyun oynamaq qadağan edildi

Çində uşaqlara üç saatdan artıq onlayn oyun oynamaq qadağan edildi

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

“Bağça yaşlı uşaqlara yalnız həll edə biləcəkləri tapşırıqları verin” – Mütəxəssis MƏSLƏHƏTLƏRİ

“Bağça yaşlı uşaqlara yalnız həll edə biləcəkləri tapşırıqları verin” – Mütəxəssis MƏSLƏHƏTLƏRİ

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

Sentyabrın ən çox satılan oyun avadanlığı “SNES Mini” oldu

Sentyabrın ən çox satılan oyun avadanlığı “SNES Mini” oldu

Övladımızı kompüter əsarətindən necə qoruyaq?

Övladımızı kompüter əsarətindən necə qoruyaq?

Uşaqlarınızda bu əlamətlər varsa - Diqqətli olun

Uşaqlarınızda bu əlamətlər varsa - Diqqətli olun

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri.

Uşağın məntiqini necə inkişaf etdirə bilərik?

Uşağın məntiqini necə inkişaf etdirə bilərik?

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Şagirdlərin diqqətini dərsə yönəldən vasitə - OYUN-DƏRSLƏR

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşaqların dostluq qurmaqda çətinlik çəkmələrinin SƏBƏBLƏRİ

Uşağın sosial inkişafı üçün nə etmək lazımdır?

Uşağın sosial inkişafı üçün nə etmək lazımdır?

Təhsil işçiləri arasında Milli Qurtuluş Gününə həsr olunan intellektual oyun

Təhsil işçiləri arasında Milli Qurtuluş Gününə həsr olunan intellektual oyun

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

İnternetdə "Mavi balina" bəlası: Uşaqları necə qoruyaq?

3D rəqəmsal oyun sənəti ixtisası üzrə təlimlərə başlanılıb

3D rəqəmsal oyun sənəti ixtisası üzrə təlimlərə başlanılıb

4-5 yaşlı məktəbəqədər uşaqların inkişafinda  baş verənlər

4-5 yaşlı məktəbəqədər uşaqların inkişafinda baş verənlər

Şabranda  "Coca-Cola Məktəbli Kuboku" üzrə növbəti  oyun baş tutub.

Şabranda "Coca-Cola Məktəbli Kuboku" üzrə növbəti oyun baş tutub.