ROLLU OYUN NƏDİR?
Rollu oyun uşaqların özlərinə rol təyin etdikləri, həmən rolu mənimsəyib canlandırdıqları bir oyun növüdür. Özünü başqa biri və ya başqa bir şey kimi göstərməkdir. Bu, nağıl qəhrəmanı kimi fərqli biri və ya ana rolu ola bilər. Uşaqlar bəzən real həyatda öz əksini tapmış, bəzən isə öz təxəyyüllərinin məhsulu olan rolları oynayırlar. Hər bir halda, reallığın bütün sərhədlərini qıran, təbii və eyni zamanda vacib oyun növüdür.
Rollu oyunun nümunələri:
Gəlinciyə yemək verən, yatması üçün onu tərpədən uşaq
Oyuncaq mətbəxdə sınan su kranını düzəldən uşaq
Bir it gördüyünü fərz edən və onun arxasıyca qaçan uşaq
Say çöplərini bir qabda qarışdırıb "sup” bişirən uşaq
Rollu oyun bir çox formada ola bilər və rola girmək sadəcə "oyun" kimi görünsə də, inkişafetdirici öyrənmə prosesinin əsas tərkib hissəsidir. Bu, təşviq edilməlidir və uşaqların bu prosesdə istirak etməsi üçün çoxlu imkanlar yaradılmasına ehtiyac var. Rollu oyun yeni situasiyaların qavranılması ücün yaxşı üsuldur: əgər ailə səyahətə hazırlaşırsa, bundan öncə bir neçə dəfə səyahət oyunu oynamaq lazımdır. Bu halda informasiya uşaq tərəfindən mənimsəniləcək və o, adi həyatda bu informasiyadan istifadə edəcək.
ROLLU OYUNUN NÖVLƏRİ
Rollu oyunun iki növü var – struklaşdırılmış və struklaşdırılmamış rollu oyun: Strukturlaşdırılmış oyunun əvvəlcədən müəyyən edilmiş quruluşu və gözlədiyiniz nəticəsi var. Valideyn və ya müəllim uşaqların oynaması üçün ssenari hazırlayır – məsələn, "hava limanı” qurur- və uşaqlar orada mövcud olan rolları seçir və sonra həmin ssenaridə yaranan problemlərlə oyunu davam etdirirlər.
Struklaşdırılmamış oyun zamanı isə uşaqlar öz planlı ssenarilərini seçməkdə azaddırlar və tez-tez əllərində olanlara əsasən öz oyunlarını qururlar. Qonaq otağınızdakı divan bir pirat gəmisinə və ya bir ayaqqabı bağı baytarlıq otağında stetoskopa çevrilə bilər.
Hər ikisinin problemləri və üstünlükləri var və ikisi də erkən uşaqlıq dövründə istifadə edilməlidir.
ROLLU OYUNUN FAYDALARI
Mütəxəssislər, rollu oyunu keyfiyyətli məktəbəqədər proqramların önəmli bir hissəsi hesab edirlər, çünki bu erkən uşaqlıq dövrü inkişafı üçün vacibdir. Rollu oyunun faydalarının bir neçəsini sizə təqdim edirik.
ROLLU OYUN ÖZÜNÜTƏNZİMLƏMƏNİ ÖYRƏDİR.
Məktəbəqədər uşaqlar ani hərəkət edirlər, buna görə də rollu oyun öz duyğularını və hərəkətlərini tənzimləməyi öyrənmək üçün əla bir təməldir. Maraqlıdır ki, uşaqlar rollu oyun zamanı özləri üçün müəyyən etdikləri rola sadiq olmağa motivasiyalı olur, bu rolu riayət olunmalı qaydalar kimi görürlər. Bu onlara başqaları ilə əlaqələr qurmağa və planlaşdırmağa, həmçinin impulslarını idarə etmək bacarığını inkişaf etdirməyə kömək edir.
ROLLU OYUN NİTQ QABİLİYYƏTİNİ İNKİŞAF ETDİRİR.
Rollu oyun ekspressiv dili inkişaf etdirir və ondan istifadəni gücləndirir. Uşaqlar öz istəklərini həmyaşıdlarına çatdırmağa həvəslidirlər və buna görə də oynadıqları rolda danışmağı öyrənməlidirlər. Rollu oyun qrup işi zamanı utancaq və çəkingən olan uşaqlar üçün çox rahat bir mühitdir.
ROLLU OYUN MÜNAQİŞƏLƏRİ HƏLL ETMƏYİ ÖYRƏDİR.
Həm strukturlaşdırılmamış, həm də strukturlaşdırılmış rollu oyun, münaqişənin həlli ilə bağlı öyrədilə biləcək məqamları özündə cəmləyir. Rollu oyun zamanı fikir ayrılıqları və münaqişələr qaçılmazdır ki, bu da uşaqlara fərqliliyi görmək və güzəştə getmək üçün şans verir.
ROLLU OYUN RİYAZİ VƏ OXU BACARIQLARINI DƏSTƏKLƏYİR
Dramatik oyun, uşaqların funksional riyazi bacarıqları və yazıların çap forması ilə tanışlığı üçün mükəmməl hesab olunur. Bir restoranda ofisiant rolu oynayan uşağı düşünün. Sifariş aldıqdan sonra həm hərflərlə, həm də rəqəmlərlə əlaqə quracaq. Rollu oyun oxuyub anlamanı da inkişaf etdirir, çünki uşaqlar sevdikləri nağıl və hekayə üzərində oyun qurmağı çox sevirlər.
UŞAQLARI ROLLU OYUNA NECƏ HƏVƏSLƏNDİRMƏK OLAR?
Rollu oyunun bir çox vacib faydaları var, imkan daxilində onu təşviq etmək bir o qədər də vacibdir! Bunu etmək çox asandır, çünki uşaqlar buna təbii olaraq meyil edirlər. Bəzi məktəbəqədər təhsil ocaqlarında böyük dram mərkəzləri olur. Ancaq rollu oyun evdə də təşkil edə bilər! Böyük bir kostyum otağınız olmaya bilər. Lakin, bir qutu şallardan, şapkalardan və ya maskalardan başlaya bilərsiniz. Bir neçə kukla və ya yumşaq heyvanlar əlavə edin. Uşaqlarınıza özləri üçün əşyaları müəyyən etməyə və istədikləri kimi görünməyə icazə verin.