Şagirdləri tarlada çalışdırmaq üçün məktəblərdə tətil elan etdilər
Efiopiyanın Təhsil Nazirliyi məktəblərin bir həftə müddətinə bağlanılmasına qərar verib.
Qərara səbəb ölkədə davam edən vətəndaş müharibəsi olub. Lakin sözügedən qərarın arxasında heç də şagirdlərin təhlükəsizliyi düşünülməyib.
Belə ki, məktəblər şagirdləri hərbi xidmətə çağırılan kəndlilərin tarlalarındakı məhsulların toplanılması prosesinə cəlb etmək üçün qapadılıb.
Mənbə: Milliyet