Hindistanda havanın çirklənməsi ilə əlaqədar məktəblər bağlanıb
Hindistanın paytaxtı Dehlidə havanın həddən artıq çirklənməsi ilə əlaqədar məktəblər bir həftəlik qapadılıb.
Bu barədə Hindistan paytaxtının rəhbəri Arvind Kedjrival məlumat yayıb.
O qeyd edib ki, uşaqlar çirkli hava ilə nəfəs almağa məcbur deyillər və dərslər virtual qaydada keçiriləcək.
Paytaxt rəhbəri əlavə edib ki, şəhərdə tikinti işlərinə də dörd günlük fasilə veriləcək.
Öz növbəsində dövlət qurumlarının əməkdaşları da bir həftə ərzində evdən işləməli olacaqlar.
Mənbə: TASS