Xəbərlər / Müəllim
25 noyabr 2021
959


“Məktəbəqədər və ibtidai təhsil” jurnalının 2021-ci il 3-cü nömrəsi çap olunub


Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşri “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 2021-ci il, 3- cü nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində də tanınmış alimlərin, təhsil mütəxəssislərinin, doktorantların elmi araşdırmaları ilə yanaşı, müəllimlərin, tərbiyəçi-müəllimlərin təcrübəsini əks etdirən məqalələr dərc olunub. Tanınmış alim, prof. R.Əliyev və pedaqogika üzrə fəlsəfə doktoru N.Çələbiyevin həmmüəllif olduqları “Psixologiya elminin inkişafına və elmi kadrların hazırlığına ADPU-nun töhfələri” adlı məqalədə Azərbaycanda psixologiya elminin təşəkkül tarixi, psixologiya sahəsində elmi kadr hazırlığı və Azərbaycan dilində psixologiyaya dair dərsliklərin və kitabların nəşrində, elmi araşdırmaların aparılmasında ADPU-nun rolu, bu sahədə müstəsna xidmətləri olan alimlər haqqında məlumat verilir.


Məktəbəqədər yaşlı uşaqlarda müstəqilliyin inkişafı problemləri və bu keyfiyyətlərin formalaşdırılmasına səbəb olan cəhətlərdən bəhs edən məqalənin həmmüəllifləri Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent L.Cəfərova və Bakı Humanitar Kollecinin müəllimi Ü.Nəsibovadır.


Filologiya üzrə fəlsəfə doktoru A.Əsədov öz məqaləsində ibtidai siniflərdə dünya ədəbiyyatı nümunələrinin tədrisinin vacibliyindən bəhs edir.


Bu nömrədə, həmçinin jurnalın şöbə redaktoru Kəklik Məmmədovanın “Məktəbəqədər və ibtidai təhsil” jurnalının yaradıcısı və uzun illər baş redaktoru olmuş akademik Y.Ş.Kərimovun elmi-pedaqoji irsindən bəhs edən məqaləsi ilə də tanış ola bilərsiniz.


Qax şəhəri, 3 №-li körpələr evi-uşaq bağçasının tərbiyəçi – müəllimi Nəzakət Rəsulova “Uşaqlarda ailəyə və özünəgüvən hisslərinin formalaşmasına təsir edən amillər” adlı məqaləsində öz çoxillik təcrübəsini həmkarları ilə paylaşır. Məktəbəqədər sahə üzrə mütəxəssis Kifayət Məmmədova isə öz məqaləsində erkən yaşlı uşaqların inkişafı ilə bağlı işin təşkilində tərbiyəçi-müəllim və valideyn əməkdaşlığının əhəmiyyətindən bəhs edir. ADPU nəzdində Pedaqoji Kollecin müəllimi D.Bağırova “İnteraktiv təlimin mahiyyəti və təşkilinin əsas qaydaları” adlı məqaləsində Rusiya və Azərbaycan alimlərinin tədqiqatlarına əsaslanaraq, interaktiv texnologiyaların təsnifatını verir, təşkili xüsusiyyətlərini açıqlayır. Təhsil İnstitutunun doktorantı G.Vəliyeva öz məqaləsində məktəbəqədər yaş dövründə uşaqların sosiallaşması məsələlərindən bəhs edir, bu zəmində məktəbəqədər müəssisələrlə ailələrin əməkdaşlığının vacibliyini vurğulayır.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

Məktəbəqədər təhsil üzrə pedaqoji kursların təşkili ilə bağlı layihəyə start verilib

Məktəbəqədər təhsil üzrə pedaqoji kursların təşkili ilə bağlı layihəyə start verilib

“Abituriyent” jurnalının 6-cı nömrəsi çapdan çıxıb

“Abituriyent” jurnalının 6-cı nömrəsi çapdan çıxıb

NDU müəlliminin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda

NDU müəlliminin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda

“Türkologiya” jurnalı alimlərin intellektual məkanına çevrilib”

“Türkologiya” jurnalı alimlərin intellektual məkanına çevrilib”

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

Təhsilə  həsr edilmüş ömür.

Təhsilə həsr edilmüş ömür.

“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb

“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

“Magistr” jurnalının 1-ci nömrəsi çapdan çıxdı

“Magistr” jurnalının 1-ci nömrəsi çapdan çıxdı

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova  ilə görüş olub

ADPU-da tanınmış rusiyalı alim Nina Litvinova ilə görüş olub

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

ADPU-da  “Mən Xocalıyam” adlı tədbir keçirilib

ADPU-da “Mən Xocalıyam” adlı tədbir keçirilib

“Magistr” jurnalı sabah çapdan çıxacaq

“Magistr” jurnalı sabah çapdan çıxacaq

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

Dilçi-türkoloq Əbülfəz Quliyevin biblioqrafik göstəricisi çap olunub

Dilçi-türkoloq Əbülfəz Quliyevin biblioqrafik göstəricisi çap olunub

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

“Abituriyent” jurnalının son beş ildə Azərbaycan və rus dillərində 111 adda buraxılışı dərc edilib

“Abituriyent” jurnalının son beş ildə Azərbaycan və rus dillərində 111 adda buraxılışı dərc edilib

Buraxılış və qəbul imtahanlarının proqramları “Abituriyent” jurnalının birinci nömrəsində yer alacaq

Buraxılış və qəbul imtahanlarının proqramları “Abituriyent” jurnalının birinci nömrəsində yer alacaq

«Abituriyent» jurnalının 4-cü nömrəsi nəşr edilib

«Abituriyent» jurnalının 4-cü nömrəsi nəşr edilib

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri