Məktəb təmirində şagirdlərin əməyindən istifadə edilir? - Foto
Cəlilabad rayonu, 8 saylı məktəbdəki təmir zamanı şagirdlərin əməyindən istifadə olunması ilə bağlı redaksiyamıza məlumat daxil olub.
“Qafqazinfo”ya daxil olan şikayətdə bildirilir ki, məktəbin yeni təyin olunan direktoru Cəlil Abdullayev məktəbdə tikinti normalarını pozur. İddiaya görə, direktor təhsil müəssisəsinin yeməkxanasında 3 sinif otağı inşa etdirir: "Ucuz işçi qüvvəsi kimi isə şagirdlərdən istifadə edir".
İddiada o da bildirilir ki, məktəb direktorunun yeni siniflərin açılmasında maddi marağı var.
Sözügedən şikayətlə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən qeyd olunan məsələnin araşdırıldığı bildirildi.
Şikayətçilər sözügedən tikinti ilə bağlı fotoşəkilləri də saytımıza təqdim ediblər: