Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO
Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktoru Bəhruz Ramazan oğlu Səlimxanovun işdən azad edilməsi ilə bağlı məlumat yayılıb.
Aztəhsil.com xəbərlə.com-a istinadən Sumqayıt Şəhər Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən verilən məlumata görə, B.Səlimxanovun işdən azad olunması ilə bağlı ərizə yazıb.
O da bildirilib ki, B. Səlimxanovun işdən azad edilməsi üçün Təhsil Nazirliyinin müvafiq əmri gəlmədiyindən, hələ də Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor vəzifəsini icra edir. Qeyd edək ki, o 2011-ci ildən sözügedən məktəbdə direktor işləyir.
Bəhruz Səlimxanov isə Xeberle.com-a açıqlamasında işdən azad olunmadığını və fəaliyyətini davam etdirdiyini deyib:
" Mən direktor olaraq fəaliyyətimi davam etdirirəm. Hazırda iş başındayam. Rəhbərlik hansı qərar verəcəksə elə də addım atacağıq.”