AzTehsil.com


Xəbərlər / Müəllim
16 oktyabr 2021
2 307


Nadir İsrafilov: Bu problemlər həllini taparsa, təhsildə müsbət dəyişikliklər qaçlmaz olacaq.



Nadir İsrafilov: Bu problemlər həllini taparsa, təhsildə müsbət dəyişikliklər qaçlmaz olacaq.

 

"Milli Məclisdə bəzi təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi məsələsinin yenidən müzakirəyə çıxarılmasını təqdirəlayiq hesab edirəm. Bu müzakirə nəinki, lazımdır, bir çox əlaqəli məsələlərin həllinə aydınlıq gətirmək baxımından da zəruridir.”

 Bu sözləri  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

Onun sözlərinə görə  sözügedən məsələ birinci dəfə deyil ki, gündəmə gətirilir. Hələ, bir neçə il bundan qabaq Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunması, gələcək plana görə Bakıda yerləşən bəzi universitetlərin bu şəhərə köçürüləcəcəyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Hətta, ictimailəşən siyahıda Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərlərin  adları da yer almışdı.  Bildiyim qədər  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt və Böyük Şor gölünün ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacağı barədə məlumat da yaymışdı.

Əgər qədim diyarımız olan Qarabağ mədəniyyətimizin, Şuşa musiqimizin beşiyi sayılırsa, niyə görə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini işğaldan azad olunan rayonlarımızdan birinə, Azərbaycan Milli Konservatoriyasını, Bakı Musiqi Kollecini, Respublika İncəsənət Gimnaziyasını deyək ki, Şuşaya köçürməyək?  Buna görə də universitetlərin və ya filialların ayrılmış ərazilərə və nəzərdə tutulan bölgələrə köçürülməsi,  yalnız ümumi işimizin xeyrinə olar. Əlbəttə bəzi təşkilati və texniki məsələləri operativ, digər zamana bağlı olan məsələləri isə mərhələli şəkildə həyata keçirilməsi üzərində düşünülməlidir.

Hazırda müxtəlif qurumlar tərəfindən universitetlərin reytinqi açıqlanır.  Əsasən, Azərbaycanın 3-4 universiteti bu siyahıda yer alır. Çünki, dünyanın ən reytinqli universitetləri kampus şəraitində, yəni, ayrıca şəhərcik formasında fəaliyyət göstərir. Tələbənin oxumaqdan başqa əlavə dərdi, əlavə yükü olmamalıdır.

Yüksək reytinqli universitetlərdə təhsilin keyfiyyətinin yüksəlməsində əsas amil ali məktəblərin kampus şəraitində fəaliyyət göstərməsidir. Azərbaycandakı kimi tələbələr kirayə haqqı ilə, kitabxana, tıxac, digər sosial problemlərlə qarşılaşmır. Azərbaycanlı tələbənin fikri-zikri ucuz qiymətə kirayə mənzil axtarmağa və digər məişət məsələlərinə yönəlir. Paytaxtda 2-3 ali məktəb yan-yana şəhərin mərkəzində yerləşir. Əgər istəyiriksə, keyfiyyətli təhsildən danışaq, tələbələr üçün əlverişli şərait yaradaq, o zaman bu məsələlər gec-tez öz həllini tapmalıdır. Bu stimullaşdırıcı tədbir olaraq təhsilin keyfiyyətinə də çox böyük təsir göstərə bilər. Dünya ölkələrində dövlət tərəfindən özəl universitetlərə pulsuz torpaq sahələri, müəyyən qrantlar ayrılır.

Bu problemlər həllini taparsa, təhsildə müsbət dəyişikliklər qaçlmaz olacaq. Ölkəmizdə bu kimi layihələrin gerçəkləşməsinin ən böyük xeyiri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək əlavə xərc kimi ev pulu verməyəcəklər. Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itgisi olmayacaq. Yəni, tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək səviyəli təhsil ala biləcəklər. Bunlarla yanaşı əlavə məsləhətçilərdən lazımı qayğını görərək, kitabxanada, dərnəklərdə, idaman zallarında öz fəaliyyətlərini genişləndirmək imkanları olacaq. Başqa sözl yüksək səviyyədə təhsil almaq, təhsil mühitindən, universiteti bitirən gənclərin işə həvəsi isə elə həmin regionda da işlə təmin olunmasından asılıdır.

Ən əsası da dövlət universitetlərinin regionlara köşürülməsi Bakı şəhərində tıxac probleminin aradan qaldırılmasınına,  regionların inkişafının sürətləndirilməsinə, rayonlarda xidmət sektorunun inkişafının yüksəldilməsinə,  bütövlükdə isə rayonlara diqqətin artmasına səbəb olacaq və yeni iş yerlərinin açılmasına lazımi töhfə verəcək. Kampusun nümunəsi kimi yaxınlarda ləğv olunmuş Qafqaz universitetinin bazasında yaradılmış Bakı Mühəndislik Universiteti buna misal ola bilər.

 



Загрузка...
Həmçinin oxuyun:
QƏBƏLƏYƏ KÖÇÜRÜLƏCƏK UNIVERSITETLƏRIN ADLARI AÇIQLANDI – SİYAHI

QƏBƏLƏYƏ KÖÇÜRÜLƏCƏK UNIVERSITETLƏRIN ADLARI AÇIQLANDI – SİYAHI

Bu universitetlər Qəbələyə köçürüləcək- SİYAHI

Bu universitetlər Qəbələyə köçürüləcək- SİYAHI

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

Bu universitetlərdə oxuyanların təhsil xərcləri maliyyələşdirilə bilər - Gənclər Fondundan şad xəbər

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Qarabağda hansı ali məktəblər açılmalıdır?

Qarabağda hansı ali məktəblər açılmalıdır?

Deputat Ceyhun Məmmədov:Məqsəd distant təhsil sisteminin Azərbaycanda qurulması ilə bağlıdır.

Deputat Ceyhun Məmmədov:Məqsəd distant təhsil sisteminin Azərbaycanda qurulması ilə bağlıdır.

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Nadir İsrafilov:”Təhsil prioritet sahədir və daim dövlətin diqqət mərkəzindədir”.

Nadir İsrafilov:”Təhsil prioritet sahədir və daim dövlətin diqqət mərkəzindədir”.

Azərbaycanın 6 universiteti dünya reytinqində

Azərbaycanın 6 universiteti dünya reytinqində

Təhsildən çox adı yeyinti və korrupsiyada hallandırılan universitetlər- SİYAHI

Təhsildən çox adı yeyinti və korrupsiyada hallandırılan universitetlər- SİYAHI

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?