AzTehsil.com


Xəbərlər / Video
11 oktyabr 2021
934


Erməni terrorunun canlı şahidi Bəxtiyar: “Evimizə bomba düşəndə qorxmadım, heç kişi də qorxar?” - FOTO/VİDEO



 

Keçən il oktyabrın 11-də Ələkbər bəy Rəfibəyli küçəsində insanlar gecəni dəhşət və ölümlə qarşıladılar. Təxminən saat 10 radələrində Ermənistanın raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 30-dan çoxu isə yaralandı. Faciə yerindən dünyaya Ermənistanın dinc əhaliyə terrorunu əks etdirən dəhşətli görüntülər yayılırdı. Dünya bu kadrlarla yanaşı, sifəti qan içində olan 6 yaşlı balaca Bəxtiyarın təbəssümündə həm də Azərbaycan xalqının sınmaz iradəsini, mərdliyini gördü. Balaca Bəxtiyar sanki erməni vəhşiliyinə təbəssümü ilə cavab verirdi, Azərbaycan xalqının qorxmaz iradəsini göstərirdi.

AZƏRTAC-ın bölgə müxbiri balaca Bəxtiyarla görüşüb, o dəhşətli günləri onun ailəsinin, özünün dilindən bir daha dinləyib.

Gəncənin balaca qəhrəmanı Bəxtiyar Heydərli hər gün gəlib evlərinin dağıntılarını seyr edir. Yanmış, sınmış oyuncaqlarını, qonşularını, balaca dostlarını axtarır...

"Evimizə bomba düşəndə qorxmadım. Heç kişi də qorxar? Bacımın yanına getdim. Dedim ki, ay Şəhla, qorxma mən yanındayam. Onun qorxudan ayaqları tutulmuşdu, iki gün yeriyə bilmədi. Ermənilər bizim evimizi dağıdıb, onlara nifrət edirəm”, - deyə erməni terrorunun 6 yaşlı şahidi həmin günləri xatırlayır.

Bəxtiyarın anası Lalə Heydərova həmin günlər barədə həyəcansız danışa bilmir:

"Ayın 4-ü, 5-i, 8-i atılan bütün raket zərbələrini görmüşdük. Oktyabrın 11-i idi. Hamımız yatmışdıq. Qəfil gurultu səsinə oyandıq, yer-göy titrədi. Gözümüzü açanda dağıntılar içində idik. Tez telefonun işığını yandırdım. Elə anda, öz evində belə nəyin harada olduğunu unudursan. Evimiz tanınmaz vəziyyətdə idi. İşığı uşaqların üzərinə salanda gördüm ki, hər şey onların üstünə yıxılıb. Qızımın ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Bəxtiyarın üzü-gözü qan içində idi. Lakin bu vəziyyətdə bacısını qucaqlayıb deyirdi ki, "Şəhla, qorxma mən sənin yanındayam”.

Lalə Heydərova deyir ki, ailəsi təcili tibb yardım və xilasetmə qruplarının köməyi ilə dağıntılar arasından çıxarılıb.

"Bəxtiyarın təcili yardım maşınında gülümsəməsi mənə sanki təpər verdi. Həmin vaxt oğlumdan güc aldım. Bütün dünya onun timsalında xalqımızın əyilməzliyini, mərdliyini gördü. Azərbaycan əsgəri bu qisası yerdə qoymadı, torpaqlarımızı yağı düşməndən azad etdi. Yaşasın ordumuz, yaşasın Prezidentimiz”, - deyə Bəxtiyarın anası bildirib.

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş "Scud” ballistik raket sistemi ilə atəşə tutub. Nəticədə uşaq, qadın, qocalar da daxil olmaqla, dinc insanlar həlak olub və yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Cenevrə Konvensiyasının, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda, 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozub.
 
 

 

 

 

 





Загрузка...
Həmçinin oxuyun:
Türkiyəli rektor Gəncəyə səfər edib - FOTO

Türkiyəli rektor Gəncəyə səfər edib - FOTO

Xocalı sakini: İki yaşlı oğlumu kürəyimə bağlamışdım, ona dəyən güllə məni və bətnimdəki bacısını xilas etdi...

Xocalı sakini: İki yaşlı oğlumu kürəyimə bağlamışdım, ona dəyən güllə məni və bətnimdəki bacısını xilas etdi...

Bərdədə erməni terroru zamanı çəkilmiş şəkil ilin 100 görüntüsündən biri oldu - FOTO

Bərdədə erməni terroru zamanı çəkilmiş şəkil ilin 100 görüntüsündən biri oldu - FOTO

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Vaqif Dərgahlı: “Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib”

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Yeddi yaşlı uşaq  atasını bıçaqladı

Yeddi yaşlı uşaq atasını bıçaqladı

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

Avropadakı tələbə həmyerlilərimiz Alxanlı hadisəsinə görə ayağa qalxdılar

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Erməni bölmələri Ağdam rayonundan çıxdı

Erməni bölmələri Ağdam rayonundan çıxdı

Erməni körpəsini ölümdən xilas edən əsgərimiz: Biz də qocaları, körpələri qırsaq ermənidən fərqimiz olmaz

Erməni körpəsini ölümdən xilas edən əsgərimiz: Biz də qocaları, körpələri qırsaq ermənidən fərqimiz olmaz

Təhsil naziri Türkiyənin Nişantaşı Universitetinin rektoru ilə görüşüb -FOTO

Təhsil naziri Türkiyənin Nişantaşı Universitetinin rektoru ilə görüşüb -FOTO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edildi - RƏSMİ

Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edildi - RƏSMİ

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Bu gün Kəlbəcər işğaldan azad olur

Bu gün Kəlbəcər işğaldan azad olur

Firdovsi Umudovun 9 yaşlı qızı Ayşən Azərbaycan hərbiçilərini təbrik etdi - VİDEO

Firdovsi Umudovun 9 yaşlı qızı Ayşən Azərbaycan hərbiçilərini təbrik etdi - VİDEO

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Aydın Mirzəzadə və Rasim Musabəyov ADU tələbələri ilə görüşüblər

Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv etdi.

Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv etdi.

27 il Kəlbəcərsiz

27 il Kəlbəcərsiz

Hikmət Hacıyev: “Ermənistanın təcavüzü nəticəsində 50-dən artıq məktəbə ziyan dəyib”

Hikmət Hacıyev: “Ermənistanın təcavüzü nəticəsində 50-dən artıq məktəbə ziyan dəyib”

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb

Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"

Orxan Cabbarlı: Erməni hər dövrdə və hər yerdə ermənidi!

Orxan Cabbarlı: Erməni hər dövrdə və hər yerdə ermənidi!